Vakansiya haqqında

Vəzifə haqqında

  • ML / LLM Engineer olaraq siz iri miqyaslı AI layihələrimiz çərçivəsində çoxdilli AI köməkçilərinin, Text-to-SQL həllərinin və lokal open-weight dil modellərinin (LLM) adaptasiyası, tənzimləməsi, qiymətləndirilməsi və backend sistemlərə inteqrasiyasına rəhbərlik edəcəksiniz. Əsas İstiqamət: NLP, Text-to-SQL, lokal dil modelləri.

Görəcəyiniz işlər

  • Azərbaycan, rus, ingilis və türk dillərini (bütün dörd dili bilmək məcburi tələb deyil) dəstəkləyən çoxdilli AI köməkçinin hazırlanması.
  • Natural Language → SQL istiqamətində həllərin hazırlanması.
  • Verilənlər bazasının sxemi və biznes göstəricilərinin semantik təsvirlərinin modelə təqdim edilməsi.
  • Training, evaluation və benchmark məlumat dəstlərinin hazırlanması.
  • Open-weight dil modellərinin lokal mühitdə sınaqdan keçirilməsi.
  • Modellərin dil, SQL düzgünlüyü, nəticənin doğruluğu, latency və GPU istifadəsi üzrə qiymətləndirilməsi.
  • SFT, LoRA, QLoRA və digər adaptasiya üsullarının sınaqdan keçirilməsi.
  • Structured output ilə iş.
  • Modellərin backend API-lərlə inteqrasiyası.
  • Model səhvlərinin və məhdudiyyətlərinin təhlili.

Sizdən Gözləntilərimiz

  • Güclü Python.
  • NLP / LLM sistemləri ilə praktiki təcrübə.
  • PyTorch, Transformers, PEFT və ya analoji texnologiyalar.
  • Güclü SQL bilikləri.
  • Domen məlumatları üzərində LLM qiymətləndirilməsi təcrübəsi.
  • Prompt design, structured output və dialoq kontekstinin idarə olunmasını başa düşmək.
  • GPU yaddaşı, context window və quantization məhdudiyyətlərini anlamaq.
  • Təkrarlana bilən ML eksperimentləri qurmaq bacarığı.

Əlavə üstünlüklər

  • Text-to-SQL.
  • Azərbaycan dili üzrə NLP.
  • Multilingual evaluation.
  • SQL AST parsing/validation.
  • FastAPI.

Təklif etdiyimiz

  • Rəqabətli əməkhaqqı: Təcrübə və bacarıqlarınıza uyğun rəqabətqabiliyyətli əməkhaqqı və performans bonusları.
  • Peşəkar inkişaf və təlimlər: Ölkənin ən iri və strateji AI/BI layihələrində çalışaraq bilik və bacarıqlarınızı artırmaq, beynəlxalq sertifikasiya proqramlarında iştirak imkanı.
  • Karyera imkanları: Sürətlə böyüyən komandada liderlik və karyera yüksəlişi perspektivləri.
  • Çevik iş rejimi: Rahat və balanslı iş mühiti üçün çevik iş saatları (Flexible working hours).
  • Rahat iş mühiti: Müasir texnologiyalar və avadanlıqlarla təminat, peşəkar və dəstəkləyici komanda mühiti.

Əgər bu vakansiya sizin marağınızdadırsa və təcrübəniz tələblərə uyğundursa, CV-nizi mövzu hissəsində vakansiyanın adını (ML / LLM Engineer) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
Senior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
26 oktyabr 2026
Son tarix
26 noyabr 2026
HRX ilə müraciət
3
Baxış
122

Şirkət haqqında

Professional IT
İnformasiya və kommunikasiya, Proqram təminatı və İT xidmətləri · Bakı
Professional IT — bütün vakansiyalar

Biz 15+ ildir ki, uyğunlaşdırılmış veb və mobil proqram proqramları inkişaf etdiririk. Dövlət qurumları, böyük müəssisələr və KOM-lar öz məlumatları, sistemləri və xidmətləri ilə bizə etibar edirlər.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakıda yerləşir.

Çevik iş saatları ilə rahat və balanslı iş mühiti təmin edilir.

Təcrübə və bacarıqlara uyğun rəqabətqabiliyyətli əməkhaqqı və performans bonusları təklif olunur.

Beynəlxalq sertifikasiya proqramlarında iştirak və peşəkar inkişaf imkanı mövcuddur.

Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Maşın öyrənmə mühəndisi üzrə Bakıda digər açıq elanlar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
ML / LLM mühəndisi
Müraciət et