Kredit monitorinqi üzrə regional təmsilçi

Xalq Bank

Yerləşmə
Azərbaycan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
13 iyul 2026
Dillər
Azerbaijani, English
Son tarix
13 avqust 2026

Vakansiya haqqında

Təsvir

  • Verilən kreditlərin borcalanlar tərəfindən təyinatına uyğun olaraq istifadə edilməsini monitorinq etmək, bununla bağlı müvafiq hesabatlar tərtib etmək;
  • Verilmiş kredit üzrə girov/ipoteka qismində rəsmiləşdirilmiş əmlakın mövcudluğunu və vəziyyətini yoxlamaq, monitorinq etmək, müvafiq hesabat tətbiq etmək;
  • Sahibkarlıq subyektinin kredit sifarişində qeyd edilmiş fəaliyyət növü ilə məşğul olub-olmamasının yoxlanılması və iqtisadi-maliyyə təhlilin tamlığının yoxlanılması məqsədilə səyyar və distant (məsafədən) yoxlamalar aparmaq, bununla bağlı müvafiq hesabatlar tərtib etmək;
  • Yuxarıda qeyd edilən monitorinq məqsədləri üzrə ətraf rayonlara səfərlər təşkil etmək;
  • Kredit portfelinin filiallar üzrə vəziyyətini və dinamikasını müntəzəm olaraq təhlil etmək, bununla bağlı zəruri hesabatlar hazırlamaq;
  • Kreditlərin keyfiyyətinin artırılması məqsədilə yeni üsulların tətbiqinə dair təkliflər vermək.

Tələblər

  • Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə ali təhsilin olması;
  • Bankda Kredit sahəsində (Biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 2 il iş təcrübəsi;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • Analitik düşüncə;
  • Stressə davamlılıq, komandada işləmə bacarığı;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün).

Vakansiya növü - Tam ştat

Şirkət haqqında

Xalq Bank
Baku

Bizi seçdiyiniz üçün Sizə təşəkkür edirik. 2004-cü ildə əsası qoyulan Xalq Bank, qısa zamanda müştərilərin etibarlı tərəfdaşına çevrildi. Hal-hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biri olan Xalq Bank, öz müştərilərinə ən qabaqcıl və əlverişli xidmət və məhsulları təklif edir.

Xalq Bank — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Kredit monitorinqi üzrə regional təmsilçi
Müraciət et