Mikro kreditlərinin monitorinqi üzrə baş mütəxəssis

"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti

Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
22 iyun 2026
Dillər
Azerbaijani
Son tarix
21 iyul 2026

Vakansiya haqqında

Biznes və mikro kreditlərin planlı və növbədənkənar monitorinqinin keçirilməsində iştirak edir;
Kredit vəsaitlərinin təyinatı üzrə istifadə edilməsini yoxlamaq, səyyar montorinqlər təşkil edərək biznesin fəaliyyət yerində yoxlama aparmaq;
Səyyar monitorinqlərin nəticəsi olaraq kredit risklərini (müştərinin maliyyə vəziyyətini və gələcəkdə krediti qaytarma qabiliyyətini) qiymətləndirmək;
Səyyar monitorinqin nəticəsi olaraq müvafiq aktları tərtib etmək;
Riskli müştəriləri əvvəlcədən müəyyən etmək, kredit portfelinə gələcək təsirlərini ölçmək və riskləri minimuma endirmək üçün tələb olunan tədbirləri icra etmək;
Tələb olunan hesabatları hazırlayaraq aidiyyatı üzrə rəhbərliyə təqdim etmək;
Səlahiyyətli şəxs/orqan tərəfindən təsdiq edilmiş monitorinq planlarının icrasını təmin edir;
Bank üzrə qəbul edilən qərarlardan irəli gələn vəzifələri, bankdaxili əmr, sərəncam və göstərişlərin tələblərini yerinə yetirir;
Şöbə müdirinin tapşırığına əsasən əsasnaməyə və bankdaxili normativ sənədlərə uyğun vəzifələri yerinə yeritir.
Tələblər
Ali iqtisadi təhsil;
Bank sahəsində mikro kreditlərinin monitorinqi sahəsi üzrə minimum 1 (bir) illik iş təcrübəsi; (Mikro kreditləri sahəsində minimum 2 (iki) il iş təcrübəsi arzuolunandır)
Microsoft Office üzrə biliklər;
Analitik düşüncə və təhlil etmə bacarığı;
Mikro krediti müştərilərinin maliyyə hesabatlarının təhlili bacarığı;
Biznes müştərilərinin bizneslərinin fəaliyyət ünvanlarına səyyar monitorinq edərək fəaliyyətin cari vəziyyətini qiymətləndirmə bacarığı;
Kredit portfelinin idarə olunması, keyfiyyətinə nəzarət, həmçinin kredit ödənişlərində gecikmələrin yarandığı halda aradan qaldırılması məqsədi ilə müvafiq tədbirləri həyata keçirə bilmək bacarığı;
Ünsiyyətqurma qabiliyyəti;

Beynəlxalq sertifikatların ACCA (F3) olması üstünlükdür.

Şirkət haqqında

"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Baku
"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Mikro kreditlərinin monitorinqi üzrə baş mütəxəssis
Müraciət et