Mebel layihələri hazırlayır, AutoCAD və 3ds Max proqramlarında işləməyi bacarır.
İnteryer və eksteryer dizayner
Vakansiya haqqında
Yaradıcılığını müasir dizayn və tikinti layihələri ilə birləşdirərək fərqli məkanlara öz imzasını atmaq istəyən peşəkar dizaynerləri komandamıza dəvət edirik!
Vəzifə öhdəlikləri:
- Müxtəlif üslublarda interyer və eksteryer 3D dizayn görünüşlərinin hazırlanması;
- Müxtəlif təyinatlı obyektlərin interyer və eksteryer layihələrinin hazırlanması;
- Məkanın dizayn ideyasının konsepsiyasından təfərrüatlı dizayn mərhələsinə qədər işlənib hazırlanması;
- Verilmiş təlimat və məlumatlar əsasında dizayn işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi;
- Müasir dizayn trendlərinin izlənilməsi və layihələrə uyğun şəkildə tətbiq edilməsi;
- Gündəlik dizayn işləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi;
- Rəhbərlik tərəfindən verilən dizayn tapşırıqlarının vaxtında və keyfiyyətlə təhvil verilməsi;
- Adobe Photoshop və Adobe Illustrator proqramlarında işləmək;
- Adobe After Effects və Adobe Premiere Pro proqramlarında işləmə bacarığı üstünlükdür;
- 3D animasiya videolarının, Motion Design çarxlarının və video montaj işlərinin hazırlanması üstünlükdür.
Tələb olunan bilik və bacarıqlar:
- Müvafiq sahə üzrə ali təhsil;
- Minimum 3 il müvafiq sahədə iş təcrübəsi;
- Vakansiya üzrə əsas üstünlük interyer dizayn sahəsində ixtisaslaşmış namizədlərə veriləcək;
- Tikinti şirkətində dizayn sahəsində iş təcrübəsi üstünlükdür;
- AutoCAD, ArchiCAD, 3ds Max, V-Ray, Corona və digər müvafiq proqramlarda işləmə bacarığı;
- Əllə eskiz çəkmək bacarığı arzuolunandır;
- İngilis və rus dillərini bilmək arzuolunandır;
- Kreativlik və yüksək estetik zövq;
- Sürətli və keyfiyyətli işləmək bacarığı;
- Məsuliyyətli, dəqiq və nizam-intizamlı olmaq;
- Tapşırıqları vaxtında yerinə yetirmək;
- Müstəqil və komanda şəklində işləmək bacarığı.
İş şəraiti:
- İş qrafiki: 09:00 – 18:00
- Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək
- Əmək müqaviləsi: Rəsmi əmək müqaviləsi
- Nahar: Şirkət tərəfindən təmin olunur
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “İnteryer və Eksteryer Dizayner” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Məhsul dizayneri üzrə bazar adətən 950–1 800 ₼ ödəyir, median — 1 120 ₼.
16 açıq vakansiya, 13 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Məhsul dizayneri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş qrafiki 09:00 – 18:00 saatları arasındadır.
Rəsmi əmək müqaviləsi təklif olunur.
Şirkət tərəfindən nahar təmin edilir.
Minimum 3 il müvafiq sahədə iş təcrübəsi tələb olunur.
CV-ləri mövzu hissəsində “İnteryer və Eksteryer Dizayner” qeyd etməklə elektron poçt ünvanına göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMəhsul dizayneri üzrə Bakıda digər açıq elanlar.
Mebel dizaynı üzrə eskizlər hazırlayır və AutoCAD proqramını bilir.
Mağaza marketinqi üçün dizaynlar hazırlayır və retail dizayn təcrübəsi tələb olunur.
Gündəlik dizayn işlərində dəstək verir və Adobe Photoshop, Illustrator bilikləri tələb olunur.



