3D skanlama, rəqəmsal heykəltəraşlıq və 3D çap üçün model hazırlamaq bacarığı tələb olunur.
Sənaye məhsul dizayneri və mexaniki CAD mühəndisi
Vakansiya haqqında
Biz sadəcə 3D model hazırlayan deyil, ideyanı real, funksional və istehsal edilə bilən texnoloji məhsula çevirə bilən mühəndis axtarırıq.
Fogito da innovasiya və R&D fəaliyyətimiz Kompüter Görməsi, Süni İntellekt əsaslı ağıllı nəqliyyat həlləri, şəhər infrastrukturunun monitorinqi, avtomobilüstü sensor platformaları, kameralar, LiDAR, GNSS/INS, embedded sistemlər, robototexnika və dron texnologiyalarını əhatə edir.
Bu rolda ilkin ideya və konsepsiyadan funksional prototipə və real istehsala qədər məhsulun bütün fiziki inkişaf prosesində birbaşa iştirak edəcəksiniz.
🔧 Əsas vəzifələr
Yeni texnoloji məhsulların konsept və sənaye dizaynını hazırlamaq
Kamera, LiDAR, GNSS, hesablama modulları və elektron avadanlıqlar üçün korpuslar dizayn etmək
Avtomobilüstü sensor platformaları, kamera podları, bərkidici elementlər və qoruyucu konstruksiyalar hazırlamaq
PCB, konnektor, kabel, soyutma və enerji komponentlərinin korpus daxilində düzgün yerləşdirilməsini təmin etmək
Parametrik 3D modellər, detallar, assembly modelləri və texniki çertyojlar hazırlamaq
Material, forma, tolerans və istehsal üsullarını müəyyən etmək
Su, toz, temperatur, vibrasiya, aerodinamika və mexaniki yükləri nəzərə almaq
3D çap, CNC, lazer kəsimi və sheet metal istehsalı üçün fayllar hazırlamaq
Prototiplərin yığılması, sınağı və konstruksiyanın təkmilləşdirilməsində iştirak etmək
🎯 Namizəddən gözləntilərimiz
SolidWorks, Fusion 360, Inventor, CATIA, Siemens NX və ya digər peşəkar CAD proqramlarından ən azı birini yüksək səviyyədə bilmək
Parametrik modelləşdirmə, assembly və texniki çertyoj bacarıqları
CNC, sheet metal və 3D çap texnologiyaları haqqında praktiki anlayış
Material, tolerans və istehsal üsullarını düzgün seçmək bacarığı
Elektron cihaz korpusları və mexaniki konstruksiyalar üzrə təcrübə
Dizaynı prototipdən real istehsala qədər müşayiət etmək bacarığı
⭐ Üstünlük hesab ediləcək
Avtomobil, PUA/UAV, robototexnika, aerokosmik və ya sənaye avadanlıqları üzrə təcrübə
Kamera, LiDAR, GNSS, antenna və digər sensorların mexaniki inteqrasiyası
IP67/IP69K korpus dizaynı
İstilik idarəetməsi və passiv soyutma
Vibrasiya, möhkəmlik və FEA analizləri
Real istehsal edilmiş məhsullardan ibarət portfolio
🚀 Biz nə təklif edirik?
Real R&D məhsulları və yeni texnologiyalar üzərində işləmək
Hazırladığınız dizaynların real prototipə və məhsula çevrildiyini görmək
AI, Computer Vision, elektronika, embedded və hardware komandaları ilə multidissiplinar iş mühiti
Yeni ideyaları sınaqdan keçirmək və məhsulun formalaşmasında birbaşa iştirak etmək
Təcrübə və bacarıqlara uyğun əməkhaqqı
📩 Müraciət üçün CV və varsa portfolionuzu aşağıdakı e poçt ünvanına göndərə bilərsiniz:
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Məhsul dizayneri üzrə bazar adətən 1 100–2 000 ₼ ödəyir, median — 1 120 ₼.
10 açıq vakansiya, 7 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Məhsul dizayneri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş Bakıda, Bakı İqtisadi Zonasında yerləşir.
İş saatları və iş günləri barədə məlumat verilməyib.
Əməkhaqqı təcrübə və bacarıqlara uyğun təklif edilir.
Namizəd CV və varsa portfolionu göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMüraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMəhsul dizayneri üzrə Bakıda digər açıq elanlar.
Müştərilərin tələblərinə uyğun interyer dizayn layihələri hazırlayır və satış prosesini idarə edir
Qida və qeyri-qida məhsullarının qablaşdırma dizaynını hazırlayır, Adobe proqramlarında işləməyi bacarır.
İstifadəçi tələblərini araşdırıb, intuitiv və cəlbedici məhsul dizaynı yaradır.



