Məhsul və çap materiallarının dizaynını hazırlamaq üçün Adobe proqramlarında təcrübə tələb olunur
Qrafik və motion dizayner
Vakansiya haqqında
Supertoys komandamıza yaradıcı düşüncəyə sahib, vizual zövqü və güclü dizayn bacarıqları olan Qrafik və Motion Dizayner axtarırıq!
Namizədimiz həm statik qrafik dizaynların, həm də dinamik video və animasiya kontentlərinin hazırlanmasına cavabdeh olacaq.
Vəzifə öhdəlikləri
- Sosial media platformaları üçün kreativ qrafik dizaynların hazırlanması;
- Reklam kampaniyaları, endirim və promo aksiyaları üçün vizual konseptlərin yaradılması;
- Motion qrafika, animasiya və dinamik reklam videolarının hazırlanması;
- Reels, Stories və digər rəqəmsal formatlar üçün vizual kontentlərin dizayn edilməsi;
- Banner, poster, flyer, POSM və digər çap materiallarının hazırlanması;
- Brendin vizual kimliyinə və korporativ stilinə uyğun dizaynların hazırlanması;
- Kreativ ideyaların vizual həllərə çevrilməsi;
- Marketinq və kontent komandası ilə koordinasiyalı işləmək.
Namizədə tələblər
- Qrafik dizayn sahəsində minimum 2 il iş təcrübəsi;
- Adobe Photoshop və Illustrator proqramlarını yüksək səviyyədə bilmək;
- Adobe After Effects proqramında sərbəst işləmək;
- Premiere Pro və digər video montaj proqramları üzrə biliklər üstünlükdür;
- Motion design, animasiya və video qrafika sahəsində praktiki təcrübə;
- Kompozisiya, tipoqrafiya, rəng və vizual estetika bilikləri;
- Kreativ düşüncə, detallara diqqət və vaxtın düzgün idarə edilməsi;
- Süni intellekt əsaslı dizayn və video alətləri ilə işləmək bacarığı üstünlükdür;
- Portfolio təqdim etmək mütləqdir.
İş şəraiti
- İş qrafiki: 6 günlük iş həftəsi;
- İş yeri: Bakı;
- Əməkhaqqı: Müsahibə əsasında, namizədin təcrübə və bacarıqlarına uyğun müəyyən edilir;
- Yaradıcı və dinamik komandada işləmək imkanı.
Əgər kreativ ideyalarını güclü vizuallara və dinamik animasiyalara çevirməyi bacarırsansa, Supertoys komandasında səni gözləyirik!
Müraciət üçün CV və portfolio nümunələrini göndərin.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Motion dizayner üzrə bazar adətən 950–1 650 ₼ ödəyir, median — 1 200 ₼.
12 açıq vakansiya, 30 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Motion dizayner kimi öz maaşını yoxlaŞirkət haqqında
SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəridir.
İş həftəsi 6 gündür.
Əməkhaqqı müsahibə əsasında, təcrübə və bacarıqlara uyğun müəyyən edilir.
Namizəd CV və portfolio nümunələrini təqdim etməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMotion dizayner üzrə Bakıda digər açıq elanlar.
Brendin vizual kimliyinə uyğun kreativ qrafik və motion dizayn hazırlamaq üçün 2 il təcrübə tələb olunur
Sosial media üçün kreativ motion dizayn və animasiya hazırlamaq, ən azı 2 il təcrübə tələb olunur
Motion dizayner kimi premium məhsul təqdimatı və reklam videoları hazırlamaq üçün 5 il təcrübə tələb olunur





