Qrafik və motion dizayn hazırlayır, 3 il təcrübə və Adobe proqramlarını bilir.
Marketinq dizayn üzrə kiçik mütəxəssis
Vakansiya haqqında
İş yeri: Bakı
Əmək haqqı: namizədin bilik bacarığına əsasən
Komandamıza yaradıcılığı və vizual düşüncə bacarıqları güclü Marketinq Dizayn Mütəxəssisi axtarır.
Əsas vəzifələr:
- Şirkətin sosial media platformaları üçün vizual kontent (post, story, banner və s.) hazırlamaq.
- Canva vasitəsilə təqdimatlar, korporativ materiallar və marketinq dizaynları hazırlamaq.
- Rəhbərlik üçün peşəkar PowerPoint təqdimatlarını vizual olaraq tərtib etmək.
- Çap və rəqəmsal istifadə üçün broşür, flyer, poster və digər marketinq materiallarını hazırlamaq.
- Sosial media kontent planının hazırlanmasına dəstək vermək və paylaşımların vizual hissəsini idarə etmək.
- Şirkətin brend vizual üslubunun qorunmasını təmin etmək.
Tələblər:
- Canva proqramını yaxşı səviyyədə bilmək.
- Adobe Photoshop proqramında işləmə bacarığı.
- PowerPoint-də peşəkar təqdimatlar hazırlamaq bacarığı.
- Qrafik dizayn və vizual kompozisiya üzrə zövq və kreativ yanaşma.
- Sosial media platformaları (Instagram, Facebook, LinkedIn) üçün kontent hazırlama təcrübəsi.
- Məsuliyyətli, detallara diqqətli və komanda ilə işləmə bacarığı.
Üstünlük hesab olunur:
- Adobe Illustrator və ya digər dizayn proqramlarında işləmə bacarığı.
- Sadə video montaj və ya Canva Video alətlərindən istifadə təcrübəsi.
Maraqlanan namizədlər CV-lərini və mümkündürsə, hazırladıqları işlərdən ibarət portfolionu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanı ilə paylaşa bilərlər.
Şirkət haqqında
2013-cü ildə MEDSOL MMC olaraq qurulan firmamız tibbi avadanlıqların və tibbi sərf materiallarının satışı ilə tibb sektoruna xidmət etməyə başladı.
Medsol — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Sosial media üçün kreativ dizaynlar hazırlayaraq Adobe proqramlarını effektiv istifadə etmək bacarığı tələb olunur.
Sosial media və çap materialları üçün kreativ dizaynlar hazırlayır, Adobe proqramlarını bilir.
Bank üçün video çəkiliş, montaj və post-produksiya işlərini həyata keçirmək üçün 1 il təcrübə tələb olunur.




