Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
24 iyun 2026

Vakansiya haqqında

🎨🎞️ Dizaynı, videonu və vizual storytelling-i bir yerdə düşünə bilən komanda yoldaşı axtarırıq!


Global Olympiad Center komandası olaraq sosial media, tədbirlər, reklam kampaniyaları və video kontentlər üzrə vizual kommunikasiyamızı daha da gücləndirəcək Multidisiplinar Dizayner axtarırıq.


Bizim üçün əsas olan ideyanı anlayan, vizual düşünən, brend üslubunu hiss edən, detallara diqqət edən və komanda ilə birlikdə həm dizayn, həm də video istiqamətində kreativ həllər yarada bilən bir komanda yoldaşıdır.


Bu rolda nələr olacaq?

• Sosial media üçün kreativ vizualların hazırlanması

• Reklam postları, story dizaynları, bannerlər və kampaniya materiallarının dizaynı

• Afişa, sertifikat, diplom, broşür, roll-up, badge və digər çap materiallarının hazırlanması

• Eventlər üçün vizual konseptlərin və dizayn materiallarının işlənməsi

• Reels, qısa sosial media videoları və video montaj işləri

• Mövcud brend üslubuna uyğun dizaynların hazırlanması

• Komanda ilə birlikdə kreativ ideyaların hazırlanması və icrası


Namizəddən gözləntilərimiz:


• Dizayn sahəsində 3+ il təcrübə

• Video montaj bacarığı

• Rəng, kompozisiya, tipoqrafiya və vizual balans anlayışı

• Kreativ düşüncə və detallara diqqət

• Tapşırıqları vaxtında və məsuliyyətlə icra etmək bacarığı

• Çap dizaynı və çap öncəsi hazırlıq bilikləri

• Brend üslubuna uyğun işləmə bacarığı

• Portfolio təqdim edilməsi mütləqdir


Bilməli olduğu proqramlar:


• Adobe Photoshop

• Adobe Premiere Pro

• Adobe Illustrator

• Adobe InDesign

• Adobe After Effects


Üstünlükdür:


• Təhsil, event və ya sosial media sahəsində dizayn təcrübəsi

• Reklam kreativləri hazırlamaq bacarığı

• Motion design və animasiya bilikləri

• Sürətli və dinamik iş mühitində işləmə təcrübəsi

• Süni intellekt dizayn alətlərindən istifadə bacarığı


Biz nə təklif edirik?


• Beynəlxalq layihələrdə iştirak imkanı

• Kreativ, gənc və dinamik komanda mühiti

• Peşəkar inkişaf

• Real tədbir və kampaniyalar üzərində işləmək təcrübəsi

• Global Olympiad Center brendi ilə geniş portfolio formalaşdırmaq imkanı


💼 Maaş: 1000-1200 AZN



Qeyd edək ki, Portfolio göndərməyən namizədlərin müraciətləri dəyərləndirilməyəcək.

Şirkət haqqında

Global Olympiad Center
Education · 11-50 · Bakı

Təhsil Bizimlə Daha Qlobaldır! | Global Olympiad Center Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ildə imzaladığı təhsilin inkişaf strategiyası planını özündə rəhbər tutaraq 14 avqust 2022-ci ildə fəaliyyətə başlayıb. Global Olympiad Center-in məqsədi dünyanın aparıcı beynəlxalq fənn olimpiadaları və müsabiqələrini tamamilə şəffaf bir şəkildə təşkil etməklə məktəblilərin elmə marağını artırmaqdır. Mərkəzimiz beynəlxalq təcrübə əsasında müxtəlif fənn olimpiadaları, yarışmalarını təşkil edir.

Global Olympiad Center — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Multidisiplinar dizayner
Müraciət et