Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
9 iyul 2026
Dillər
Azerbaijani
Son tarix
9 avqust 2026

Vakansiya haqqında

“Nur Collection MMC “Qrafik Dizayner” vəzifəsinə vakansiya elan edir.

Əmək haqqı: Razılaşma yolu ilə

İş şəraiti

  • 5 günlük iş həftəsi
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Nahar fasiləsi: 13:00 - 14:00
  • Ünvan: Bakı, Aliağa Vahid 1B (Bakı-Sumqayıt yolunun üstü)

Əsas Vəzifələr:

  • Şirkətin brend strategiyasına uyğun vizual materialların hazırlanması
  • Rəqəmsal və çap materialları üçün dizaynların hazırlanması (sosial media postları, reklam bannerləri, broşürlər, təqdimatlar və s.)
  • Marketinq və rəqəmsal komanda ilə əməkdaşlıq edərək kreativ həllərin hazırlanması
  • Sosial media və reklam kampaniyaları üçün kreativ vizualların dizaynı və adaptasiyası
  • Brend kitabçasına (brandbook) uyğunluğun təmin edilməsi və vizual standartlara nəzarət
  • Dizayn trendlərinin və rəqəmsal platforma tələblərinin izlənilməsi
  • Tapşırıqların müəyyən edilmiş vaxt çərçivəsində və keyfiyyət standartlarına uyğun icrası
  • After Effects istifadə edərək qısa animasiyalar və vizual effektlərin hazırlanması
  • Video və statik kontentin vahid vizual üslubda hazırlanmasının təmin edilməsi

Namizədə tələblər:

  • Ali təhsil. Qrafik dizayn və ya əlaqəli sahə üzrə təhsil üstünlükdür
  • Müvafik sahə üzrə minimum 5 il iş təcrübəsi
  • Adobe Photoshop, Adobe After Effects, Premier, Illustrator, InDesign proqramlarında yüksək səviyədə işləmə bacarığı
  • Brend yönümlü düşüncə və güclü estetik zövq
  • Deadline-larla işləmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı
  • Komanda daxilində effektiv ünsiyyət bacarığı
  • Çap materiallarının hazırlanması ilə bağlı təcrübə
  • Portfolio-nun mövcudluğu (mütləqdir)

Şirkət haqqında

Nur Collection
Emal sənayesi, Tekstil və geyim istehsalı

2014-cü ildən pərakəndə geyim mağazaları şəbəkəsi kimi fəaliyyət göstərən, 2021-ci ildən etibarən "Nur Collection" MMC öz yerli geyim brendini yaradaraq qadın, uşaq, kişi geyimləri istehsal etməyə başlamışdır. Əsas hədəfimiz, Arbaycanda ilk olaraq, massmarket seqmentində, ailəvi konseptə uyğun olaraq, Markanın yaradılmasıdır. "Gözəl həyat, gözəl geyimlə başlayır", bu sloqan əsasında, modada yeniliklərə imza ataraq, yolumuzu başlamışıq! Global moda tendensiyalarına əsaslanaraq, mentalitetimizə və təlabata uyğun olan modelləri, kolleksiya şəklində sizlərə təqdim edirik. İş prosesində, ən birinci növbədə, Keyfiyyətə üstünlük veririk. Modanın tələblərinə cavab verən və müştərilərimizin gözləntilərini qarşılayan məhsullar təqdim etmək üçün ən yüksək standartlara riayyət edirik. Dizayn və istehsal proseslərində ən son texnologiyaları və müasir avadanlıqları istifadə edirik. Şirkətimiz, müasir modanın tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəsislərdən ibarət bir heyətlə çalışır. Bizim professional heyətimiz, dizayn prosesində istehsala qədər hər mərhələdə öz peşəkar bacarıqlarını və geniş təcrübələrini ortaya qoyur. Hal-hazırda “BREND HOUSE” Azərbaycanda ən böyük geyim mağaza şəbəkəsidir.

Nur Collection — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Qrafik dizayner
Müraciət et