Vakansiya haqqında

“Abşeron Logistika” MMC “Qrafik dizayner” vəzifəsi üzrə vakansiya elan edir.

Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Mərkəzin sosial media hesabları üçün missiya və dəyərlərinə uyğun kreativ və peşəkar dizaynların hazırlanması;
  • · Məhsul təqdimatları, reklam kampaniyaları və marketinq layihələri üzrə müxtəlif dizayn materiallarının hazırlanması;
  • Poster, banner, kataloq, buklet və digər çap və rəqəmsal materialların hazırlanması və dizayn edilməsi;
  • Reklam və mətbəə məhsularının dizaynı və çapa göndərilməsi;
  • Mövcud dizaynların optimallaşdırılması, təkmilləşdirilməsi və zəruri dəyişikliklərin operativ şəkildə tətbiq edilməsi;
  • Müasir dizayn trendlərinin davamlı olaraq izlənilməsi və aktual trendlərin iş prosesində effektiv şəkildə tətbiq edilməsi;

Namizədə qarşı tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil üstünlükdür;
  • Şəxsi portfolionun olmağı mütləqdir;
  • Dil bilikləri:Azərbaycan dilində düzgün yazılı və şifahi ünsiyyət bacarığı, əlavə dil biliyi üstünlükdür;
  • Qrafik dizayn sahəsində minimum 1 il iş təcrübəsi;
  • “Adobe Photoshop, Illustrator, Corel Draw proqramları üzrə biliklər; digər dizayn proqram bilikləri üstünlükdür;
  • Sosial media platformaları üzrə peşəkar dizayn hazırlamaq bacarığı;
  • Komandada işləmək və digər şöbələrlə effektiv əməkdaşlıq etmək bacarığı;
  • Kreativ düşüncə və müasir dizayn trendlərini izləmək;

Peşəkar tələblər:

  • Detallara diqqətli və məsuliyyətliolmaq;
  • Yaradıcılıq, kreativlik və operativlik;
  • Dəqiqlik və məsuliyyətlilik;
  • Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşa bilmək.

Göstərilən tələblərə uyğun namizədlər linkə keçid edərək - https://career.absheronport.az/ karyera portalı üzərindən və ya CV formalarını və portfolionu Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərməklə müraciət edə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Qrafik dizayner” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
1 sentyabr 2026
Dillər
Azerbaijani
Son tarix
1 oktyabr 2026

Şirkət haqqında

Abşeron Logistika Mərkəzi
Logistika və yükdaşıma xidmətləri, Nəqliyyat və anbar təsərrüfatı · Baku

Abşeron Logistika Mərkəzi Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. 65,7 ha ərazini əhatə edən mərkəzdə beynəlxalq daşımalar, gömrük, broker, terminal, anbar, qapıdan-qapıya və 3PL xidmətləri göstərilir.

Abşeron Logistika Mərkəzi — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

UnityFood LTD
Middle · 1–3 ilBakı
1 000

Sosial media və çap üçün kreativ dizaynlar hazırlayır, Adobe proqramlarında təcrübəsi olmalıdır.

Adobe PhotoshopAdobe IllustratorAdobe InDesignCorelDRAW+10
Müraciət etAsan müraciətAsan müraciət
ATA PACK MMC
Middle · 2+ ilBakı
Maaş göstərilməyib

Qablaşdırma məhsullarının dizaynını hazırlayır və Adobe proqramlarında işləməyi bacarır.

Adobe PhotoshopAdobe IllustratorCorelDRAWCreative Thinking+5
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib

İT məhsulları üçün kreativ və funksional vizual materiallar hazırlayır, Adobe proqramlarında bacarıqlı olmalıdır.

Adobe PhotoshopAdobe IllustratorAdobe InDesignFigma+7
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Qrafik dizayner
Müraciət et