Qrafik dizayner
Vakansiya haqqında
Vəzifə haqqında:
- “Honours Academy” komandası vizual ünsiyyətin gücləndirilməsi, brend mesajlarının daha cəlbedici və yadda qalan şəkildə təqdim edilməsi məqsədilə “Qrafik Dizayner” axtarır. Bu vəzifə vizual kontentin yaradılması, marketinq təşəbbüslərinin dizayn baxımından dəstəklənməsi və auditoriya ilə estetik baxımdan effektiv əlaqənin qurulmasında mühüm rol oynayır.
Əsas vəzifə öhdəlikləri:
- Sosial media, reklam, təqdimat və digər promo materiallar üçün kreativ və peşəkar qrafik dizaynların hazırlanması;
- Rəqəmsal kampaniyalar və sosial media üçün “motion graphic” və animasiyaların hazırlanması;
- Marketinq komandası ilə sıx əməkdaşlıq edərək brendə uyğun yaradıcı layihələrin həyata keçirilməsi;
- Vizual üslub və brend tərzinin bütün materiallarda qorunması;
- Paralel bir neçə layihənin vaxtında və keyfiyyətli tamamlanması;
- Qrafik və mouşn dizayn sahəsində trendləri izləmək və işə tətbiq etmək.
Tələblər:
- “Adobe Creative Suite” proqramları (“Illustrator”, “Photoshop”, “After Effects”, “Premiere Pro”) ilə sərbəst işləmə bacarığı;
- Həm qrafik, həm də “motion” dizayn bacarıqlarınızı nümayiş etdirən güclü portfolio;
- Estetik düşüncə, detallara həssas yanaşma və yaradıcı baxış;
- Layihələri vaxtında və məsuliyyətlə icra etmək bacarığı;
- Komanda ilə effektiv işləmə vərdişləri.
Təklif etdiyimiz imkanlar:
- Yaradıcı və dinamik komanda mühiti;
- Portfolio və bacarıqlarınızı göstərmək üçün real və təsirli layihələr;
- Rəqabətli əmək haqqı və nəticəyə əsaslanan mükafatlandırma sistemi;
- Davamlı peşəkar inkişaf və daxili böyümə imkanları.
İş qrafiki:
- Həftədə 5 gün (Bazar ertəsi – Cümə);
- İş saatları: 10:00 – 19:00;
- İstirahət günləri: Şənbə və Bazar.
- Kampaniya, tədbir və xüsusi layihə dövrlərində iş qrafikində ehtiyaca uyğun dəyişiklik edilə bilər.
Əməkhaqqı:
- Əməkhaqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılaşma əsasında müəyyən ediləcəkdir.
CV və qısa motivasiya məktubunuzu mövzu hissəsində “Qrafik Dizayner” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Yerləşmə
Azərbaycan
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 avqust 2026
Son tarix
10 sentyabr 2026
Şirkət haqqında
Honours Academy
Education · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Daxili brendinq və sosial media üçün çap və animasiyalı materiallar hazırlamaq, Adobe proqramlarını bilmək.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Sosial media və rəqəmsal platformalar üçün dinamik motion vizuallar və kreativ kontent hazırlamaq.
Müraciət etAsan müraciətAsan müraciət
1 000₼
Sosial media və marketinq üçün kreativ qrafik və video dizayn hazırlamaq, Adobe proqramlarını bilmək.
Müraciət etAsan müraciətAsan müraciət
Mövzu üzrə materiallar
Karyera
Bütün materiallar 



