UX tədqiqatçısı
Vakansiya haqqında
Bir ekosistem-də bu vəzifədə çalışan əməkdaş istifadəçi ehtiyaclarına cavab verən məhsul və xidmətlərin hazırlanmasını dəstəkləmək məqsədilə keyfiyyət və kəmiyyət əsaslı UX araşdırmalarını müstəqil şəkildə planlaşdıracaq və başdan sona həyata keçirəcək.
Namizəd araşdırmanın məqsədlərini müəyyənləşdirəcək, uyğun metodologiyaları seçəcək, istifadəçilərlə müsahibələr, istifadə rahatlığının (usability) testləri, konsept və prototip testləri, sorğular və digər tədqiqat fəaliyyətləri həyata keçirəcək.
O, araşdırma məlumatlarını təhlil edərək istifadəçi davranışlarını, ehtiyaclarını, qarşılaşdıqları çətinlikləri və inkişaf imkanlarını müəyyənləşdirəcək, əldə etdiyi nəticələri aydın və tətbiq edilə bilən tövsiyələrə çevirəcək.
Həmçinin Product, Design, Analytics, CX və digər maraqlı tərəflərlə əməkdaşlıq edəcək, araşdırma nəticələrini təqdim edəcək və UX Research təcrübələrinin davamlı təkmilləşdirilməsinə töhfə verəcək.
Vəzifə öhdəlikləri
- Keyfiyyət və kəmiyyət əsaslı UX araşdırmalarını müstəqil şəkildə planlaşdırmaq və başdan sona həyata keçirmək.
- Araşdırmanın məqsədlərini müəyyənləşdirmək və ən uyğun tədqiqat metodologiyalarını seçmək.
- Dərinləşdirilmiş müsahibələr (in-depth interviews), istifadə rahatlığının testləri (usability testing), konsept və prototip testləri, sorğular və digər araşdırma fəaliyyətlərini həyata keçirmək.
- İstifadəçi davranışlarını, ehtiyaclarını, çətinliklərini və inkişaf imkanlarını müəyyənləşdirmək üçün keyfiyyət və kəmiyyət məlumatlarını təhlil etmək.
- Araşdırma nəticələrini aydın, praktik və tətbiq edilə bilən nəticə və tövsiyələrə çevirmək.
- Araşdırma nəticələrini təqdim etmək və məhsul, dizayn komandaları ilə müzakirələr aparmaq.
- Product Designer, Product Owner/Manager, Analytics, CX və digər maraqlı tərəflərlə əməkdaşlıq etmək.
- Müvafiq hallarda araşdırma nəticələrini məhsul analitikası, müştəri rəyləri və digər mövcud məlumatlarla birləşdirmək.
- Araşdırma sənədləşdirilməsinə, bilik və təcrübə mübadiləsinə, UX Research təcrübələrinin davamlı təkmilləşdirilməsinə töhfə vermək.
Tələblər
- UX Research və ya Product Research sahəsində minimum 2 il iş təcrübəsi.
- Həm keyfiyyət, həm də kəmiyyət əsaslı araşdırma metodları üzrə güclü bilik və praktiki təcrübə.
- Araşdırma layihələrini planlaşdırma, metodologiyanın seçilməsi, təhlil və tövsiyələrin hazırlanması mərhələlərinə qədər müstəqil idarə etmək bacarığı.
- Əsas statistika bilikləri və kəmiyyət araşdırmalarının nəticələrini şərh etmək bacarığı.
- İstifadəçi müsahibələri, usability testing, sorğu tədqiqatları və araşdırma nəticələrinin ümumiləşdirilməsi (research synthesis) üzrə güclü biliklər.
- Design Thinking, Human-Centered Design və Customer Experience (CX) prinsiplərini anlamaq.
- Figma proqramı ilə işləmək və araşdırma zamanı prototiplərdən istifadə etmək üzrə praktiki biliklər.
- Güclü analitik və tənqidi düşünmə bacarığı.
- Mürəkkəb araşdırma nəticələrini aydın və praktik məhsul tövsiyələrinə çevirmək bacarığı.
- Güclü ünsiyyət, təqdimat və maraqlı tərəflərlə əməkdaşlıq bacarıqları.
Üstünlüklər
- Ekosistem səviyyəsində öyrənmə imkanları
- Mentorluq və peşəkar inkişaf
- Milyonlarla müştəri üçün real təsir yaratmaq
- Dəstəkləyici və açıqfikirli mədəniyyət
- Texnologiya və biznesin kəsişməsində karyera imkanı
- Rəqabətli əməkhaqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Visa Premium əməkhaqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət günləri
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keç