İdman federasiyasının tədbirləri üçün video çəkiliş və montaj işlərini aparmaq, Adobe proqramlarını bilmək.
Video operator
Vakansiya haqqında
Olduğu yer: Qəbələ şəhəri
Yalnız Qəbələ şəhərində və ətraf ərazilərdə yaşayan namizədlər müraciət edə bilər
Vəzifə öhdəlikləri:
- Layihə iştirakçıları ilə, operatorlarla qarşılıqlı əlaqə, planlaşdırma yığıncaqlarında iştirak etmək, cari planların və yeni layihələrin müzakirə olunması, iş planının tərtibatında iştirak etmək;
- Baş operatorla qarşılıqlı əlaqə, təkliflərin irəli sürülməsi, cari məsələlərin müzakirə olunması, iş planının tərtibatında iştirak etmək;
- Digər operatorlarla, layihə iştirakçıları ilə, layihə rejissorları ilə, layihə koordinatorları ilə, layihə menecerləri ilə qarşılıqlı əlaqə;
- Çəkiliş cədvəlinə uyğun olaraq layihə çəkilişlərində iştirak etmək;
- Video-çarxların bilavasitə çəkilişi, kadr qoyuluşu: aktyorla, rekvizitlə və lokasiyalarla iş — kadrda gözəl təsvirin yaradılması;
- Video-çarxlara dair önizləmənin və digər foto işlərinin yaradılmasında iştirak etmək;
- Rejissor meydançada olmadığı halda çəkiliş prosesinin idarə edilməsi;
- Çəkilişdən əvvəl referenslərin və artıq çəkilmiş, kanalda çəkiliş üçün planlaşdırılan ideyanın gözdən keçirilməsi;
- Vərdişlərinin təkmilləşdirilməsi, mobiloqrafiya və operatorluq sənəti sahəsində yeniliklər və trendlər haqqında məlumatın öyrənilməsi;
- İşıqlandırma avadanlığı ilə iş, quraşdırılma, test olunma, xidmət;
- Avadanlığın uçotunun aparılması, avadanlıqla ehtiyatlı davranma;
- Nasaz avadanlıq barədə, yaxud çəkilişlərin aparılması üçün yeni avadanlığın əldə edilməsi zərurəti barədə rəhbərliyi 6 saat ərzində xəbərdar etmək;
- Görülmüş iş barəsində hesabatların hazırlanması;
- Zərurət yarandıqda digər inzibati işləri yerinə yetirmək.
Tələblər:
- Oxşar vəzifədə ən azı 3 il iş təcrübəsi;
- Orta/orta ixtisas təhsili;
- MS Office üzrə yaxşı biliklər;
- Peşəkar kamera ilə işləmək bacarığı;
- Təbii işıqlandırma və səslə işləmək bacarığı;
- Gözəl zövqə və kompozisiya hissinə malik olmaq;
- Kreativ və qeyri-standart düşünmək və işə yanaşmaq qabiliyyəti;
- Ətrafdakı gözəlliyi görmək və onun ustalıqla kadra köçürmək qabiliyyəti;
- Komandada işləmək bacarığı, diplomatiya, stressə davamlılıq, məsuliyyət, mehriban və peşəkar davranış.
Şərtlər:
- İş qrafiki – 20 gün çəkiliş, 10 gün istirahət;
- Əmək haqqı 1500 – 2000 Azn aralığı (təcrübədən asılı olaraq);
- Qəbələ şəhərində yaşayışın təşkil edilməsi;
- Peşəkar iş mühiti;
- Peşə və karyerada yüksəliş imkanı;
- Dəstək olmağa və texniki olaraq kömək etməyə hazır olan motivasiyalı, gənc və təcrübəli komanda.
Müsahibə qəbul edilmiş bütün CV-lərə baxıldıqdan sonra baş tutacaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Yalnız yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Video montajçısı üzrə bazar adətən 1 000–1 500 ₼ ödəyir, median — 1 200 ₼.
10 açıq vakansiya, 13 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Video montajçısı kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş Qəbələ şəhərində yerləşir.
Ən azı 3 il iş təcrübəsi tələb olunur.
20 gün çəkiliş, 10 gün istirahət şəklindədir.
1500–2000 manat aralığında əmək haqqı təklif olunur.
Namizədlər CV-lərini müraciət formu vasitəsilə göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarVideo montajçısı üzrə Qəbələ şəhərində digər açıq elanlar.
YouTube və sosial media üçün videoları montaj edir, Premiere Pro və Canva bilikləri tələb olunur.
Video çəkilişi və montaj işlərini həyata keçirir, video montaj proqramları üzrə əsas bilik tələb olunur.
Video və mobilqrafiya ilə sosial media üçün kreativ və dinamik kontent yaradır, marketinq təcrübəsi tələb olunur.

