Vertikal videoların montajını, rəng və səs korreksiyasını həyata keçirir, 2+ il təcrübə tələb olunur
Videoqraf
Vakansiya haqqında
Əsas vəzifələr
- Bankın filiallarında, tədbirlərində və digər lokasiyalarda foto və video çəkilişlər həyata keçirmək;
- Daxili tədbirlərin, görüşlərin, təlimlərin, korporativ layihələrin və digər fəaliyyətlərin çəkilişini təşkil etmək;
- Çəkilmiş materialların montajını və post-produksiya işlərini həyata keçirmək, Reels, qısa video və digər rəqəmsal kontent formatları hazırlamaq;
- AFB Life və Bankın digər kommunikasiya kanalları üçün foto və video materiallar hazırlamaq;
- İnsan Resursları və Marketinq departamentləri ilə əməkdaşlıq edərək employer branding, korporativ mədəniyyət və daxili kommunikasiya layihələrinə dəstək vermək;
- Sosial media və daxili kommunikasiya üçün yeni yaradıcı ideya və formatlar təklif etmək;
- Foto və video materiallardan ibarət korporativ media arxivinin formalaşdırılması və idarə olunmasını təmin etmək;
- Çəkiliş avadanlıqlarının istifadəsi və saxlanılmasına nəzarət etmək.
Tələblər
- Ali təhsil;
- Videoqrafiya, media və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi;
- Foto və video çəkiliş, montaj və post-produksiya üzrə praktiki bacarıqlar;
- Adobe Premiere Pro, CapCut, Photoshop, Lightroom, Canva və ya analoji proqramlarla işləmək bacarığı;
- Sosial media platformaları, video formatları və kontent trendləri barədə məlumatlılıq;
- Ezamiyyət və filial səfərlərində iştirak etməyə hazır olmaq;
- Portfolionun təqdim edilməsi üstünlük hesab olunur;
- Kreativ və vizual düşüncə;
- Güclü kommunikasiya və təqdimat bacarığı;
- Təşəbbüskarlıq və proaktiv yanaşma;
- Operativlik və nəticəyönümlülük;
- Detallara diqqət və məsuliyyətlilik;
- Komanda ilə effektiv əməkdaşlıq bacarığı;
- Vaxtın idarə olunması və paralel tapşırıqları prioritetləşdirmək bacarığı;
- Korporativ məlumatlarla işləyərkən etik davranış və məxfiliyin qorunması.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Video montajçısı üzrə bazar adətən 1 000–1 500 ₼ ödəyir, median — 1 350 ₼.
12 açıq vakansiya, 12 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Video montajçısı kimi öz maaşını yoxlaŞirkət haqqında
2008-ci il noyabr ayında Azərbaycan Mərkəzi Bank tərəfindən lisenziya almış AFB Bank öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Videoqrafiya və əlaqəli sahədə minimum 1 il iş təcrübəsi tələb olunur.
Müraciət üçün sənədlərinizi e-mail vasitəsilə göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarVideo montajçısı üzrə Bakıda digər açıq elanlar.
Sosial media üçün video çəkilişi və montajı həyata keçirir, yaradıcı düşüncə tələb olunur
Kreativ video çəkiliş və montaj işlərini həyata keçirir, peşəkar videoçəkiliş bacarığı tələb olunur
Uzun və qısa videoların montajını etmək üçün Adobe Premiere Pro və After Effects bilmək tələb olunur

