İnsan resursları üzrə mütəxəssis işə qəbul və əmək qanunvericiliyini bilmək bacarığı ilə çalışır.
Vakansiya haqqında
“Absheron Hospitality Group” MMC “İnsan resursları üzrə mütəxəssis” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır;
Əsas öhdəliklər:
- İşçilərin işə qəbulu, vəzifə dəyişiklikləri və işdən azad olunması ilə bağlı işlərin icra olunması;
- İşçilər üçün işin xüsusiyyətinə uyğun vaxtı rejimlərinin tərtib edilməsi və işçilərin işə davamiyyətinin izlənməsi;
- Vakansiyaların elan olunması, işçi müraciətlərinin qiymətləndirilməsi;
- İşə qəbul müsahibələrinin təşkil edilməsi və işə qəbul proseslərinin effektiv idarə olunması;
- İnsan resursları proseslərinin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
- İşçilərlə bağlanan əmək müqavilələrinin hazırlanması və onların qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilməsi;
- İşçilərin şəxsi məlumatlarının ERP sistemində (elektron və ya kağız daşıyıcıda) qeyiyyatını həyata keçirmək, məlumatların vaxtında yenilənməsini təmin etmək;
- İşçilərin məzuniyyətlərinin uçotunu aparmaq, məzuniyyət qrafiklərinin hazırlanmasında iştirak etmək və məzuniyyət əmrlərinin rəsmiləşdirilməsini həyata keçirmək;
- İşçilərin müəssisənin daxili qaydaları və prosedurları ilə tanış edilməsi;
Vəzifə üzrə əsas tələblər:
- Müvafiq sahədə 2 il iş təcrübəsinin olması;
- Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə biliklərinin olması;
- İnsan resurslarının funksiyaları, standartları və prosedurları haqqında biliklərinin olması;
- Effektiv ünsiyyət və təqdimat bacarığının olması;
- Komanda ilə işləmək bacarığının olması;
- Məxfi məlumatlarla işləmək təcrübəsinin olması;
- İngilis dili biliyinin olması;
- Microsoft Office (Word, Outlook, Excel, PowerPoint) proqramlarından istifadə bacarığının olması;
Qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur;
Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi tələb olunur.
İş saatları və iş günləri barədə məlumat verilməyib.
Namizədlərdən CV göndərilməsi tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMicrosoft Office proqramlarından (Word, Outlook, Excel, PowerPoint) istifadə bacarığı tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHR generalisti üzrə Bakıda digər açıq elanlar.
Retail və satış personalının işə qəbulu, adaptasiyası və performans qiymətləndirilməsini idarə edir
Kadr əməliyyatlarını idarə edir, onboarding və təlimləri təşkil edir, əmək qanunvericiliyini bilir.
İşçi tələbatını müəyyənləşdirir, kadr sənədlərini idarə edir və HR proseslərini həyata keçirir, 3 il təcrübə tələb olunur.




