Vakansiya haqqında

Baş ofisi Abşeron Ticarət Mərkəzində və əsas satış mərkəzləri Sədərək Ticarət Mərkəzi ərazisində yerləşir. Hazırda komandamıza dinamik, özünəgüvənən peşəkarları dəvət edirik..

Ümumi məqsəd

  • Retail (mağaza personalı), topdan satış təmsilçiləri, B2B satış menecerləri, kateqoriya komandası və mərkəzi ofis üçün insan resurslarının seçimi, adaptasiyası, motivasiyası, performans qiymətləndirilməsi və kadr kargüzarlığı proseslərini səmərəli idarə etmək.

Əsas vəzifə və öhdəliklər

İşə qəbul və seçim

  • Retail işə qəbulu: mağazalar üçün satış təmsilçiləri, kassaçılar, mağaza müdirləri və merchandiser-lərin operativ tapılması və axıcılığın (turnover) azaldılması.
  • Spesifik vəzifələr üzrə işə qəbul: Topdan və B2B satış menecerləri, kateqoriya menecerləri kimi xüsusi səriştə tələb edən vəzifələrə uyğun namizədlərin cəlb olunması.

Adaptasiya və təlim

  • Yeni əməkdaşların adaptasiyası: yeni işə götürülən personalın şirkət mədəniyyətinə və pərakəndə/satış standartlarına tez uyğunlaşması üçün onboarding proqramları təşkil etmək.
  • Satış və məhsul təlimləri: satış direktoru və kateqoriya meneceri ilə birgə satış texnikaları, müştəri xidməti və məhsul bilikləri üzrə təlimlər təşkil etmək.

Performans və motivasiya

  • KPI və bonus sistemləri: retail mağaza heyəti, topdan satış menecerləro və b2b satış meneceri üçün satış direktoru ilə birgə ədalətli motivasiya və komissiya sistemləri hazırlamaq.
  • Performansın qiymətləndirilməsi: əməkdaşların illik/rüblük qiymətləndirmə prosesini həyata keçirmək.

Kadr kargüzarlığı və əmək qanunvericiliyi (hr operations)

  • Hüquqi əməliyyatlar: əmək müqavilələrinin bağlanması, əmrlərin hazırlanması, məzuniyyət və tabel uçotunun azərbaycan respublikasının əmək məcəlləsinə tam uyğun aparılması.
  • İş rejimi və növbələr: mağazalardakı növbəli iş rejimlərinin və iş vaxtının uçotuna nəzarət.

Korporativ mədəniyyət və əməkdaş məmnuniyyəti

  • Şirkətdaxili kommunikasiyanı, komanda ruhunu artırmaq üçün tədbirlər təşkil etmək.
  • Mağaza və ofis heyəti arasında daxili şikayətləri və münaqişələri tənzimləmək.

Vəzifə tələbləri

  • Təhsil: ali təhsil (insan resursları, psixologiya, biznesin idarə edilməsi və ya hüquq).
  • Təcrübə: hr menecer kimi azı 3-5 il təcrübə (mağaza personalı ilə iş təcrübəsi mütləqdir).
  • Səriştələr: əmək məcəlləsini mükəmməl bilmək, kadr kargüzarlığı, emosional intellekt, konfliktlərin idarə olunması, HRMS/1C kadr proqramları ilə iş bacarığı.

Biz nə təklif edirik?

  • Əmək haqqı: 1,800 - 2,200 AZN (təcrübə və bacarıqlara əsasən) sabit əmək haqqı + performans əsaslı illik KPI bonusları;
  • Korporativ nömrə və noutbuk
  • 6 günlük iş həftəsi

Ünvan: Abşeron Mall, Lökbatan qəsəbəsi, Xocəsən yolu 57

CV-lərinizi “Mövzu” hissəsində ”HR meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Abşeron Mall , Lökbatan qəsəbəsi, Xocəsən yolu 57
Təcrübə
3–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
7 oktyabr 2026
Son tarix
7 noyabr 2026
Baxış
122

Şirkət haqqında

Sahara Electronics
Topdansatış və pərakəndə ticarət, Topdansatış və distribusiya, Ümumi pərakəndə ticarət · Baku
Sahara Electronics — bütün vakansiyalar

Sahara Electronics MMC - Azərbaycanda məişət texnikası, müxtəlif elektronika məhsulları və iqlim avadanlıqlarının satışı, distribusiyası və korporativ təchizatı sahəsində fəaliyyət göstərən şirkətdir.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Abşeron Mall, Lökbatan qəsəbəsi, Xocəsən yolu 57 ünvanındadır.

6 günlük iş həftəsi ilə işlənir.

Əmək haqqı 1,800 - 2,200 AZN aralığında, təcrübə və bacarıqlara əsasəndir, illik KPI bonusları mövcuddur.

HR menecer kimi azı 3-5 il təcrübə tələb olunur, mağaza personalı ilə iş təcrübəsi mütləqdir.

Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

HR generalisti üzrə Bakıda digər açıq elanlar.

MER Group
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

İşçi tələbatını müəyyənləşdirir, kadr sənədlərini idarə edir və HR proseslərini həyata keçirir, 3 il təcrübə tələb olunur.

PresentationTeamworkHuman Resources ManagementRecruitment Planning+9
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
HR menecer
Müraciət et