İşçilərin işə qəbulu, sənəd dövriyyəsi və əmək qanunvericiliyi üzrə iş aparır.
Vakansiya haqqında
Komandamıza qoşulacaq, insan resursları sahəsində bilik və təcrübəyə malik, ünsiyyətcil və məsuliyyətli İnsan Resursları üzrə Mütəxəssis axtarırıq!
Əsas vəzifə öhdəlikləri
- İşə qəbul prosesinin təşkili və namizədlərin seçilməsi;
- Vakansiyaların hazırlanması və müvafiq platformalarda yerləşdirilməsi;
- Müsahibələrin təşkili və namizədlərlə əlaqələrin qurulması;
- İşçilərin şəxsi işlərinin və HR sənədlərinin hazırlanması, yenilənməsi və arxivləşdirilməsi;
- İşə qəbul, işdən azad olunma və digər kadr əməliyyatlarının sənədləşdirilməsi;
- İşçilərlə gündəlik HR məsələləri üzrə işin təşkili;
- Daxili qayda və prosedurların tətbiqinə dəstək göstərilməsi;
- İnsan resursları üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Namizədə dair tələblər
- İnsan resursları və ya müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı;
- Rus və ingilis dillərini bilmək;
- MS Office proqramları, xüsusilə Excel və Word ilə işləmək bacarığı;
- Güclü ünsiyyət və təşkilatçılıq bacarıqları;
- Məsuliyyətlilik, diqqətlilik və detallara həssas yanaşma;
- Komandada işləmək və eyni zamanda müstəqil qərarlar vermək bacarığı;
- Məxfi məlumatlarla işləmə və peşəkar etik normalara riayət etmək bacarığı.
İş şəraiti
- İş qrafiki: 5 günlük
- Saat: 08:00-17:00
- İş yeri: Badamdar, Tofiq Məmmədov küç., 3/5
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Karyeranızı insan resursları sahəsində inkişaf etdirmək və peşəkar komandada çalışmaq istəyirsinizsə, müraciətinizi gözləyirik!
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
“Glolynx Azərbaycan” MMC olaraq idarə etdiyimiz hər bir qazma layihəsində təcrübə, etibarlılıq və təhlükəsizlik gətirir. Bizim qazma podratçılarımız xidmət və müştərilərimizin ehtiyaclarını ödəmək məsələsində ən yaxşısı olmağa çalışırlar.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Badamdar, Tofiq Məmmədov küç., 3/5 ünvanındadır.
İş qrafiki həftədə 5 gün, saat 08:00-dan 17:00-dəkdir.
İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi tələb olunur.
Namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMS Office proqramları, xüsusilə Excel və Word ilə işləmək bacarığı tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHR generalisti üzrə Badamdar şəhərində digər açıq elanlar.
İnsan resursları üzrə mütəxəssis işə qəbul və əmək qanunvericiliyini bilmək bacarığı ilə çalışır.
İşə qəbul və əmək müqavilələrinin hazırlanması ilə məşğul olan insan resursları üzrə mütəxəssis.
İnsan resursları üzrə təcrübəçi kimi işə qəbul və sənəd hazırlama işlərini yerinə yetirir.




