Kadr əməliyyatlarını idarə edir, onboarding və təlimləri təşkil edir, əmək qanunvericiliyini bilir.
Vakansiya haqqında
Vəzifə üzrə başlıca öhdəliklər və məsuliyyətlər
- Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçilərin işə qəbulu, vəzifə və əməkhaqqı dəyişiklikləri, habelə işdən azad olunması proseslərini icra etmək;
- İşçilərin şəxsi işlərinin və digər kadr sənədlərinin düzgün şəkildə formalaşdırılmasını həyata keçirmək;
- Əmək münasibətləri üzrə müvafiq sənədlərin hazırlanmasını və rəsmiləşdirilməsini, o cümlədən məzuniyyət, kompensasiya, mükafat və digər müvafiq məsələlər üzrə sənədləşməni icra etmək;
- İşçilərin müraciətləri əsasında arayış və digər müvafiq sənədlərin hazırlanmasını və təqdim edilməsini təmin etmək;
- Müxtəlif işə qəbul kanalları vasitəsilə vakansiyaları yerləşdirmək, namizədlərin axtarışını və cəlb edilməsini həyata keçirmək, müsahibə prosesini təşkil və koordinasiya etmək;
- İnsan resursları üzrə cari və perspektiv planların, hesabatların hazırlanmasında iştirak etmək;
- Məzuniyyət qrafiklərini hazırlamaq, məzuniyyətlərin uçotunu aparmaq və təsdiq edilmiş qrafikə uyğun istifadəsinə nəzarət etmək;
- Əməkhaqqı, məzuniyyət, son haqq-hesab və digər ödənişlərin hesablanması prosesinə dəstək göstərmək;
- Əməkhaqqı kartlarının sifarişi və müvafiq bank proseslərinin icrasını təmin etmək;
- ƏMAS platformasında əmək müqavilələrinin və müvafiq əmrlərin hazırlanmasını icra etmək.
Namizəddən tələb olunan bilik və bacarıqlar
- Ali təhsil;
- İnsan resursları sahəsində minimum 1 illik iş stajı;
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi üzrə biliklər, ƏMAS-dan istifadə qaydaları, Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsi;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Komanda yönümlü düşüncə və əməkdaşlıq bacarığı.
Əlavə üstünlüklər:
- Namizədin universitetə qəbul balının yüksək olması
İş şəraiti
- İş qrafiki: Həftənin 5 günü (09:00-18:00)
- İstirahət günü: Şənbə və bazar
- Əmək haqqı: 600 - 800 AZN
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi tələb olunur.
İş saatları və iş günləri barədə məlumat verilməyib.
Maaş 600–800 arasında dəyişir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHR generalisti üzrə Bakıda digər açıq elanlar.
İnsan resursları üzrə işə qəbul və məlumatların idarə olunmasını həyata keçirir, 1-2 il təcrübə tələb olunur.
İşə qəbul proseslərini idarə edir və müsahibə və təlim bacarıqlarına malikdir.
İnsan resursları üzrə mütəxəssis işə qəbul və əmək qanunvericiliyinə uyğun sənədləşdirmə aparır


