İnsan resursları üzrə təcrübəçi

m10

Vakansiya haqqında

Ödənişlər Biznesinin İşə qəbul komandasına recruitment proseslərinin gündəlik həyata keçirilməsində dəstək göstərəcək, bu sahədə öyrənmək və praktiki təcrübə qazanmaq istəyən İşə qəbul üzrə təcrübəçi axtarırıq.

Vəzifə öhdəlikləri

  • Vakansiyalara daxil olan CV-lərin ilkin nəzərdən keçirilməsi və uyğun namizədlərin müəyyən edilməsinə dəstək;
  • Namizədlərlə əlaqə saxlanılması və müsahibələrin təyin edilməsi;
  • Müsahibələrin koordinasiyasının həyata keçirilməsi;
  • İşə qəbul prosesi boyunca namizədlərlə kommunikasiyanın aparılması;
  • İşə qəbul üçün tələb olunan sənədlərin namizədlərdən toplanması və müvafiq proseslərə dəstək;
  • Namizədlər və vakansiyalar üzrə məlumatların müvafiq sistemlərdə yenilənməsi;
  • İşə qəbul prosesinin digər mərhələlərində komandaya gündəlik dəstəyin göstərilməsi.

Tələblər

  • Ali təhsil (İnsan Resursları, Menecment, Biznesin idarə edilməsi və ya əlaqəli ixtisaslar arzuolunandır);
  • İnsan Resursları və xüsusilə işə qəbul sahəsinə maraq;
  • Azərbaycan və ingilis dillərində sərbəst ünsiyyət bacarığı, rus dili biliyi arzuolunandır;
  • MS Office proqramları ilə işləmək bacarığı;
  • Yüksək kommunikasiya və təşkilatçılıq bacarığı;
  • Diqqətli, məsuliyyətli və öyrənməyə açıq olmaq;
  • Komandada işləmək bacarığı.

Üstünlüklər

  • Real işə qəbul proseslərində praktiki təcrübə;
  • Peşəkar inkişaf və öyrənmə imkanları;
  • Dinamik və dəstəkləyici iş mühiti.
Yerləşmə
Bakı
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
15 sentyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
21 sentyabr 2026

Şirkət haqqında

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

MİLLA DAİRY
MiddleBakı
Maaş göstərilməyib

İşə qəbul prosesini idarə edir və namizəd seçimi üzrə güclü bacarıqlara malikdir.

InterviewingCandidate SourcingCandidate ScreeningOffer negotiation+5
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
İnsan resursları üzrə təcrübəçi
Müraciət et