Vakansiya haqqında

Təhsil Texnologiyaları Mərkəzi İnsan Resursları şöbəsinin fəaliyyətinin effektiv təşkili, müasir HR idarəetmə sistemlərinin qurulması və əməkdaşların inkişafını təmin etmək məqsədilə İnsan Resursları şöbəsinin müdiri vəzifəsinə peşəkar namizədləri dəvət edir.

Əsas vəzifə öhdəlikləri

  • TTM-nin strateji məqsədlərinə uyğun İnsan Resursları strategiyasının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik etmək;
  • İnsan Resursları şöbəsinin fəaliyyətini planlaşdırmaq, iş bölgüsünü həyata keçirmək, əməkdaşların fəaliyyətini koordinasiya və nəzarət etmək;
  • Əmək münasibətlərinin Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun təşkil edilməsini və müvafiq HR prosedurlarının düzgün icrasını təmin etmək;
  • İşə qəbul və seçim proseslərinin effektiv təşkilini, şəffaf və sistemli namizəd seçimi mexanizmlərinin tətbiqini təmin etmək;
  • Vəzifə profillərinin, funksional öhdəliklərin, kompetensiya modellərinin və işə qəbul meyarlarının hazırlanmasını təşkil etmək;
  • Əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi və performance management sistemlərinin hazırlanması və tətbiqinə rəhbərlik etmək;
  • Əməkdaşların təlim və inkişaf ehtiyaclarını müəyyənləşdirmək, illik təlim və inkişaf planlarının hazırlanmasını və icrasını koordinasiya etmək;
  • Əməkdaşların motivasiyası, karyera inkişafı və kadr potensialının formalaşdırılması üzrə sistemlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;
  • Kadr ehtiyatının (talent pool) formalaşdırılmasını və inkişaf etdirilməsini təşkil etmək;
  • HR siyasət və prosedurlarının hazırlanmasını, tətbiqini və mütəmadi yenilənməsini təmin etmək;
  • Kadr uçotunun və HR məlumatlarının düzgün, sistemli və aktual aparılmasına nəzarət etmək;
  • HR məlumatları əsasında analitik hesabatların, əsas göstəricilərin (HR KPI) və idarəetmə üçün analitik məlumatların hazırlanmasını təşkil etmək;
  • İnsan resurslarının idarə edilməsində müasir metodologiyaların və rəqəmsal HR həllərinin tətbiqi üzrə təkliflər hazırlamaq;
  • HR proseslərinin səmərəliliyinin artırılması, avtomatlaşdırılması və rəqəmsallaşdırılması imkanlarını qiymətləndirmək;
  • Rəhbərliyi insan resursları, təşkilati inkişaf, kadr potensialı və əmək münasibətləri ilə bağlı məsələlər üzrə mütəmadi məlumatlandırmaq, təklif və tövsiyələr təqdim etmək.

Namizədə tələblər

  • İnsan resurslarının idarə edilməsi, idarəetmə, hüquq, iqtisadiyyat, dövlət idarəçiliyi və ya digər uyğun ixtisaslar üzrə ali təhsil;
  • İnsan resursları sahəsində ən azı 5 il iş təcrübəsi;
  • Rəhbər vəzifədə ən azı 2 il idarəetmə təcrübəsi;
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyi və əmək münasibətlərini tənzimləyən normativ-hüquqi baza üzrə yaxşı bilik;
  • HR strategiyasının hazırlanması və həyata keçirilməsi üzrə praktiki təcrübə;
  • İşə qəbul və seçim, performans idarəetməsi, təlim və inkişaf, motivasiya, karyera və istedadların idarə edilməsi sahələrində bilik və praktiki təcrübə;
  • HR siyasət və prosedurlarının hazırlanması və tətbiqi üzrə təcrübə;
  • Güclü liderlik və komanda idarəetmə bacarığı;
  • Analitik düşünmə, problem həll etmə və əsaslandırılmış qərarvermə qabiliyyəti;
  • Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı;
  • Nəticəyönümlü və sistemli iş yanaşması;
  • MS Office proqramlarından, xüsusilə Excel və PowerPoint proqramlarından yaxşı istifadə bacarığı;
  • Azərbaycan dilində səlis şifahi və yazılı nitq bacarığı.

İş şəraiti

  • İş rejimi: Tam ştat
  • İş qrafiki: 5 günlük iş həftəsi
  • İş saatları: 09:00–18:00
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
  • İş yeri: Təhsil Texnologiyaları Mərkəzi

Tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə təqdim etmələri xahiş olunur.

E-mail mövzusunda “İnsan Resursları şöbəsinin müdiri” qeyd edilməlidir.

Tələblərə uyğun namizədlər ilkin qiymətləndirmədən sonra müsahibəyə dəvət olunacaqlar.

Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
3 sentyabr 2026
Dillər
Azerbaijani
Son tarix
3 oktyabr 2026

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Eurostar Group
Manager · 5+ ilBakı
1 200–1 400

Kadr fəaliyyətini idarə etmək və HR strategiyaları qurmaq təcrübəsi tələb olunur.

Employee RelationsPerformance ManagementRecruitmentLeadership+6
Müraciət etAsan müraciətAsan müraciət
"Tempus" MMC
ManagerBərdə
1 000–1 500

Tibbi nümayəndələrin fəaliyyətinə rəhbərlik edir və komanda idarəetmə bacarığı tələb olunur.

Team ManagementLeadershipPresentationReporting+4
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
İnsan resursları şöbəsinin müdiri
Müraciət et