Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • Şirkətin İnsan Resursları (İR) strategiyasının hazırlanması və strateji məqsədlərə uyğun idarə edilməsi;
  • İR üzrə siyasət, prosedur və standartların hazırlanması, onların icrasına nəzarət;
  • İşçi qüvvəsinin planlaşdırılması və səmərəli idarə olunması;
  • İR büdcəsinin tərtib olunması və icrasının izlənməsi;
  • Şirkət strukturunun formalaşdırılması və optimal idarə olunması;
  • İR sisteminin inkişafına nəzarət, potensial risklərin müəyyən olunması və aradan qaldırılması;
  • İş analizlərinin təşkili və həyata keçirilməsi;
  • Vəzifə təlimatlarının hazırlanmasının təmin edilməsi;
  • Vəzifələr üzrə kateqoriyaların və səriştə tələblərinin müəyyənləşdirilməsi;
  • İşçi tələbatının müəyyənləşdirilməsi, düzgün namizədlərin seçilməsi və işə qəbul prosesinin idarə olunması;
  • Oriyentasiya planının hazırlanması, yeni işçilərin adaptasiyası və sınaq müddətində müşahidəsi;
  • Şirkət səviyyəsində təlim ehtiyaclarının analizini həyata keçirmək, inkişaf planlarını hazırlamaq və icrasını təmin etmək;
  • Performansın qiymətləndirilməsi sisteminin tətbiqi və təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
  • Təlim ehtiyaclarının müəyyən edilməsi, illik təlim planlarının hazırlanması və icrasının təmin edilməsi.
  • Vəzifələrin dərəcələndirilməsi üçün müvafiq metodların tətbiqi və qiymətləndirmə prosesinin təşkili.
  • Effektiv mükafatlandırma və motivasiya sistemlərinin qurulması və tətbiq olunması;
  • Kadr kargüzarlığının əmək qanunvericiliyinə uyğun təşkili və idarə olunması (əməkhaqqı və məzuniyyət hesablamaları daxil olmaqla);
  • İR proseslərinin avtomatlaşdırılması üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi;
  • Rəhbərliyə aylıq, rüblük və illik hesabatların hazırlanaraq təqdim olunması.

Namizədə bağlı tələblər

  • Ali təhsil
  • Yaş: 30-45
  • Müvafiq vəzifədə azı 2 il iş təcrübəsi
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə güclü biliklər
  • Azərbaycan və Rus dillərində səlis danışıq, İngilis dili biliyi üstünlükdür
  • 1C və ya digər MS proqramlarında işləmək bacarığı
  • MS Excel (pivot table, formullar və s.) bilikləri
  • Analitik düşünmə, detallara diqqət və yüksək məsuliyyətlilik
  • Ünsiyyət qurma və yüksək təqdimat bacarığı olmalıdır
  • Məxfilik prinsiplərinə riayət etmə

Əlavə qeydlər:

  • İş qrafiki: 5 günlük iş həftəsi (Şənbə və Bazar günləri istirahət günləridir)
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq

CV-lərinizi "İnsan Resursları üzrə menecer" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Qeyd: Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır

Yerləşmə
Azərbaycan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
7 avqust 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
7 sentyabr 2026

Şirkət haqqında

Collezione Italia
Topdansatış və pərakəndə ticarət, Topdansatış və distribusiya · Baku

Collezione Italia - Avropanın ən böyük premium mebel və aksesuarların multibrend şourumudur. Öz seqmentində lider olan şourum Avropanın 300-dən çox məşhur, böyük tarixə və ənənəyə malik lüks manufakturalarının dəbdəbəli, şıq interyer…

Collezione Italia — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

2 000–2 500

Şirkətin maliyyə fəaliyyətini idarə edir və maliyyə planlaşdırma bacarığı tələb olunur

Financial AnalysisBudgetingFinancial PlanningFinancial Reporting+10
Müraciət etAsan müraciətAsan müraciət
Gulfstream
Senior · 3+ ilBakı
Maaş göstərilməyib

Mühasibat uçotu və vergi hesabatlarını aparır, 3 ildən çox təcrübə tələb olunur.

AccountingPayrollFinancial AnalysisFinancial Reporting+6
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
İnsan resursları üzrə menecer
Müraciət et