İnsan Resursları strategiyasını hazırlayır və HR komandasına rəhbərlik edir, minimum 5 il təcrübə tələb olunur.
Vakansiya haqqında
İşin təsviri
- Cari və perspektiv kadr tələbatının təmin edilməsi məqsədilə əmək bazarının araşdırılması, təhsil müəssisələri, məşğulluq xidmətləri və digər aidiyyəti təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulmasının təşkil edilməsi;
- Vakant vəzifələr barədə işçilərin məlumatlandırılmasının və namizədlərin cəlb edilməsi məqsədilə vakansiya elanlarının hazırlanmasının və dərc edilməsinin təmin edilməsi.
- İnsan resursları üzrə kargüzarlıq işinin əmək qanunvericiliyinin tələblərinə uyğun təşkil edilməsinin və aparılmasının təmin edilməsi;
- İşçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi, şəxsi heyətin uçotunun aparılması, kadr sənədlərinin rəsmiləşdirilməsi, habelə həvəsləndirmə və mükafatlandırma ilə bağlı sənədlərin hazırlanmasının təmin edilməsi;
- İşçilər barədə məlumat bazasının elektron informasiya sistemində formalaşdırılmasının, mütəmadi yenilənməsinin və tamlığının təmin edilməsi;
- Əmək münasibətlərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsinin və bu prosesin e-mas.sosial.gov.az elektron sistemi vasitəsilə həyata keçirilməsinin təmin edilməsi;
- Struktur bölmələrdə əmək qanunvericiliyinin, normativ hüquqi aktların və Cəmiyyətin daxili normativ sənədlərinin tələblərinə əməl olunmasına nəzarət edilməsi;
- Məzuniyyət qrafiklərinin hazırlanmasının və icrasının təmin edilməsi, əmək intizamına və daxili intizam qaydalarına riayət olunmasına nəzarət edilməsi;
- Kadr axınının səbəblərinin təhlil edilməsi və müvafiq təkliflərin hazırlanması;
- İş vaxtının uçotunun (davamiyyət cədvəllərinin) tərtib edilməsinin və icrasının təmin edilməsi;
- İşçi heyətinin uçotunun və qeydiyyatının aparılmasının, insan resursları üzrə hesabatların hazırlanmasının və vaxtında təqdim edilməsinin təmin edilməsi.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri (Koroğlu m.);
- 5 günlük iş həftəsi;
- Əmək haqqı 1200-1500 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Namizədə dair tələblər:
- Ali təhsil (Hüquq, Biznesin İdarə Edilməsi və ya müvafiq sahədə).
- İR/Kadr kargüzarlığı sahəsində minimum 2-3 il iş təcrübəsi.
- AR Əmək Məcəlləsini mükəmməl səviyyədə bilmək və tətbiq etmək bacarığı.
- e-mas.sosial.gov.az portalı ilə sərbəst işləmək bacarığı; İR elektron proqram təminatları (1C, ERP və ya digər sistemləri) ilə iş təcrübəsi.
- Analitik düşüncə, idarəetmə və nəzarət bacarığı, komanda ilə işləmək və güclü kommunikasiya qabiliyyəti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
HR meneceri üzrə bazar adətən 1 500–2 500 ₼ ödəyir, median — 2 000 ₼.
18 açıq vakansiya, 11 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
HR meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş Bakı şəhərində, Koroğlu metrostansiyasının yaxınlığında yerləşir.
Maaş 1 200–1 500 ₼ aralığında, namizədin bilik, bacarıq və təcrübəsinə görə təyin olunur. HRX-də bu peşə üzrə median 1 925 ₼-dir.
Namizədin Hüquq, Biznesin İdarə Edilməsi və ya müvafiq sahədə ali təhsili və İR/kadr kargüzarlığı sahəsində 2–3 il iş təcrübəsi olmalıdır.
1C, ERP və ya digər İR elektron proqram təminatları ilə iş təcrübəsi, e-mas.sosial.gov.az portalı ilə sərbəst işləmək bacarığı, analitik düşüncə, idarəetmə və komanda ilə işləmək qabiliyyəti tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHR meneceri üzrə Bakıda digər açıq elanlar.
İnsan resursları üzrə mütəxəssis işə qəbul və əmək qanunvericiliyini bilmək tələb olunur.
İnsan resursları strategiyasını hazırlayır, komandanı idarə edir və əmək qanunvericiliyini bilir.
İnsan resurslarının idarə olunmasını həyata keçirir, ən azı 3 il təcrübəsi tələb olunur.




