İnsan resursları üzrə baş mütəxəssis

VMF

Vakansiya haqqında

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Nəriman Nərimanov heykəlinin yanı
  • İş qrafiki: 6 günlük iş həftəsi
  • Əməkhaqqı: Razılaşma yolu ilə

Vəzifə öhdəlikləri

  • İşə qəbul, adaptasiya (onboarding), rotasiya, vəzifə dəyişikliyi və işdənçıxarma proseslərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun şəkildə təşkili və idarə edilməsi.
  • ƏMAS (e-gov) sistemində əmək müqavilələrinin yaradılması, dəyişdirilməsi və xitam proseslərinin aparılması, əmək kitabçalarının və şəxsi işlərin düzgün formalaşdırılması və kadr sənədlərinin hazırlanması.
  • İllik məzuniyyət qrafikinin hazırlanması, istehsalat təqviminə uyğun planlaşdırılması, məzuniyyətlərin uçotunun aparılması və istifadəsinə nəzarət.
  • İşçilərin davamiyyət sisteminin idarə edilməsi, tabel uçotunun aparılması, gecikmə və iş vaxtından artıq iş saatlarının hesablanması və müvafiq hesabatların hazırlanması.
  • Əmək münasibətləri ilə bağlı sənədlərin qanunvericiliyə uyğun hazırlanması, daxili intizam qaydalarına nəzarət və intizam tənbehlərinin düzgün rəsmiləşdirilməsi.
  • Şirkətin struktur bölmələri üzrə vəzifə təlimatlarının (Job Description) hazırlanması, yenilənməsi və vəzifə öhdəliklərinin sistemləşdirilməsi.
  • Kadr uçotu, işçi sayı, kadr axını, davamiyyət, məzuniyyət və digər HR göstəriciləri üzrə mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
  • İşçilərin bank kartlarının sifarişi, icbari sığortalanma proseslərinin təşkili, tibbi arayışların və digər tələb olunan sənədlərin yenilənməsinə nəzarət.

Tələblər

  • Təhsil: İnsan Resurslarının İdarə Edilməsi, İqtisadiyyat, Hüquq, İdarəetmə və ya əlaqəli sahə üzrə ali təhsil.
  • İş təcrübəsi: HR və ya kadr inzibatçılığı sahəsində 2-3 il iş təcrübəsi.
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək və praktiki tətbiq edə bilmək.
  • ƏMAS, 1C Kadr və Əməkhaqqı / 1C ERP, İSB sistemləri ilə işləmək bacarığı, Tabel qura bilmək.

CV-nizi “İnsan resursları üzrə baş mütəxəssis mövzusu (subject) ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Əlaqə: 050-257-80-36

Yerləşmə
Bakı
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
7 sentyabr 2026
Son tarix
7 oktyabr 2026

Şirkət haqqında

VMF
Watch store · Baku
VMF — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
İnsan resursları üzrə baş mütəxəssis
Müraciət et