Vakansiya haqqında

İş Yeri: Sinteks LLC

Lokasiya: Bakı, Azərbaycan

Vəzifənin təsviri

  • İR üzrə Menecer İnsan Resursları departamentində İşə Qəbul, Təlim və İnkişaf, və HR Administrasiya şöbələrinin gündəlik əməliyyat fəaliyyətlərinə nəzarət və idarə edir. Bu icraedici səviyyəsi olan vəzifədir və əsas diqqət operativ xidmət, səmərəlilik və şirkət siyasəti ilə əmək qanunvericiliyinə uyğunluq üzərində cəmlənib.

Vəzifə öhdəlikləri:

İşə Qəbul:

  • Tam işə qəbul proseslərinin idarə olunması və koordinasiyası
  • Vakansiyaların paylaşımı, müsahibə cədvəlləri və sənədləşmə işlərinin idarə olunması
  • İşə qəbul üzrə KPI-lərin izlənməsi (məsələn: vakansiyanın bağlanma müddəti, işçi axını və dövriyyə səviyyəsi və s.)
  • Namizəd seçimi və axtarışı strategiyalarına dəstək
  • Onboarding mərhələsinin Təlim və İnkişaf komandasına təhvil verilməsinin təmin olunması

Təlim və İnkişaf:

  • Onboarding və oriyentasiya proqramlarının həyata keçirilməsinə nəzarət
  • Təsdiqlənmiş təlim planlarının icrasına nəzarət
  • Təlim qeydiyyatları, davamiyyət jurnalları və geribildirim hesabatlarının saxlanması
  • Təlimlərin biznes ehtiyaclarına uyğunlaşdırılması
  • İşçilərin inkişafı üzrə tədbirlərin səmərəli şəkildə həyata keçirilməsi
  • Performansın idarə olunması prosesinə dəstək və koordinasiya (hədəflərin müəyyən olunması, rüblük və illik qiymətləndirmələr)

HR Administrasiya:

  • HRIS (ERP) sistemində əməkdaş məlumatlarının düzgünlüyünə və sənədləşməyə nəzarət
  • Əməkdaşın işə qəbul, işdən çıxma, məzuniyyət və yerdəyişmə proseslərinin vaxtında icrası
  • Əmək müqavilələri və hüquqi sənədlərin vaxtında hazırlanmasına nəzarət
  • Daxili uyğunluq yoxlamalarının aparılması
  • Auditlər və yoxlamalar üçün sənədlərin koordinasiyası
  • İnsan resursları əməliyyatlarının (işə qəbul, yerdəyişmə, məzuniyyət, iş vaxtı, intizam tədbirləri, əmək münasibətlərinə xitam və digər proseslər) əmək qanunvericiliyinin tələblərinə uyğun aparılmasına nəzarət
  • Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) daxil olan məktub, sorğu, bildiriş və tələblərə cavabların vaxtında və qanunvericiliyin tələblərinə uyğun hazırlanmasına və təqdim edilməsinə nəzarət
  • DƏMX tərəfindən aparılan yoxlamalar zamanı tələb olunan HR sənədlərinin hazırlanması, tamlığı və qanunvericiliyə uyğun təqdim edilməsinin koordinasiyası
  • Əmək müqavilələri, əmrlər, məzuniyyət, iş vaxtının uçotu, intizam və xitam sənədlərinin əmək qanunvericiliyinə uyğunluğuna nəzarət
  • Əmək qanunvericiliyində baş verən dəyişikliklərin izlənməsi və müvafiq HR prosedur və sənədlərinin həmin dəyişikliklərə uyğunlaşdırılmasının təmin edilməsi

Məsuliyyət sahəsi:

  • İşə Qəbul
  • İnsan resursları əməliyyatları
  • Təlim və İnkişaf

Tələblər

Professional biliklər:

  • Əmək qanunvericiliyi, daxili HR siyasətləri/prosedurları və əmək münasibətlərinin idarə olunması üzrə praktiki biliklər (Bu tələb CV-də əmək müqavilələri, HR əmrləri, işə qəbul/çıxış, yerdəyişmə, məzuniyyət, davamiyyət, intizam sənədləri, əməkdaş münasibətləri, HR uyğunluğu və audit dəstəyi üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir).
  • İşə qəbul, onboarding/oriyentasiya, işçi qüvvəsinin planlaşdırılması prosesi, təlim və inkişaf, performansın idarə olunması və HR administrasiya proseslərinin planlaşdırılması, koordinasiyası və nəzarəti üzrə praktiki biliklər (Bu tələb CV-də HR idarəetməsi, HR əməliyyatları, əməkdaş həyat dövrü, işə qəbul, onboarding, L&D, performans prosesi, HR administrasiya və departament/proses koordinasiyası üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir).
  • HR KPI-ləri, HR hesabatları və analitika üzrə praktiki bacarıq (Bu tələb CV-də işçi dövriyyəsi, vakansiyanın bağlanma müddəti, ştat sayi, İR dashboard, işə qəbul hesabatları, təlim və/və ya performans hesabatları üzrə təcrübə göstərildikdə qarşılanmış hesab edilir).
  • HRIS/ERP/ATS, 1C və ya oxşar HR məlumat bazası, namizəd/əməkdaş məlumatları, təlim qeydiyyatı və hesabat məlumatları ilə işləmək üzrə praktiki biliklər üstünlükdür.
  • MS Office
  • İngilis dili biliyi: B2 (upper-intermediate) və ya daha yüksək səviyyə. Rus dili arzuolunandır
  • Süni intellekt (AI) alətlərindən HR hesabatları, işə qəbul, təlim materialları, sənədləşmə və ya daxili kommunikasiya məqsədləri üçün istifadə bacarığı üstünlükdür.

Təhsil:

  • Ali təhsil (İnsan resursları, hüquq, biznesin idarə edilməsi, menecment, psixologiya, iqtisadiyyat və ya əlaqəli sahə üzrə təhsil arzuolunandır).
  • CIPD, SHRM və ya insan resurslarının idarə olunması üzrə müvafiq peşəkar sertifikat üstünlükdür.

İş təcrübəsi:

  • İR əməliyyatları, işə qəbul, təlim və inkişaf, onboarding/oriyentasiya, işçi qüvvəsinin planlaşdırılması prosesi, performansın idarə olunması, İR administrasiya, HRIS/ERP/ATS və İR uyğunluq prosesləri üzrə iş təcrübəsi (ən azı 7 il üstünlükdür).
  • Rəhbər, qrup rəhbəri, supervayzer, direktor müavini və ya İR komanda/proses idarəçiliyi üzrə rəhbərlik təcrübəsi.

Professional bacarıq və kompetensiyalar:

  • Liderlik və komanda idarəetməsi
  • Operativ qərarvermə və problem həll etmə
  • İş bölgüsü, nəzarət və tapşırıqların effektiv ötürülməsi
  • Analitik düşüncə və məlumatlara əsaslanan qərarvermə
  • Konfliktlərin idarə olunması və effektiv biznes kommunikasiyası
  • Zamanın idarə olunması, prioritetləşdirmə və təşkilatçılıq
  • Detallara diqqət, sənədlərlə dəqiq işləmə və hesabatvermə bacarıqları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yerləşmə
Bakı
Təcrübə
7+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
16 sentyabr 2026
Dillər
English, Russian
Son tarix
16 oktyabr 2026

Şirkət haqqında

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Wegros
Manager
Maaş göstərilməyib

İnsan resursları meneceri kimi işə qəbul, onboarding və işçi əlaqələrini idarə edir.

RecruitmentOnboardingEmployee RelationsPerformance Management+6
Müraciət et
LAS VEGAS
Middle · 2–3 ilBakı
800

Mağazanın satış hədəflərinə çatdırır, komanda idarə edir və müştəri məmnuniyyətini təmin edir, 2-3 il təcrübə tələb olunur.

Sales ManagementTeam ManagementRecruitmentTraining+6
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
İnsan resursları üzrə menecer
Müraciət et