Xidmət sahəsində İnsan Resursları üzrə Menecer kimi İR strategiyası və işə qəbul proseslərini idarə etmək.
Vakansiya haqqında
Struktur: Mərkəz
İş yeri: Alov Qüllələri - Flame Towers
Vəzifə haqqında:
- Daax Construction-a tikinti sektorunda təcrübəyə malik İnsan Resursları üzrə Menecer axtarılır.
Əsas vəzifələr:
- Vakansiyaları təhlil etmək, şirkət daxili elanları hazırlamaq və yerləşdirmək;
- Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı və yerləşdirilməsi üzrə işin təşkili
- İnsan resursları əməliyyatlarının Azərbaycan Respublikasının əmək qanunvericiliyinə, normativ-hüquqi aktlara və şirkətin daxili qaydalarına uyğun idarə edilməsini təmin etmək;
- İşə qəbul, vəzifə və əmək şəraitinin dəyişdirilməsi, habelə əmək müqaviləsinə xitam verilməsi proseslərinin rəsmiləşdirilməsinə və kadr sənədləşməsinə nəzarət etmək;
- İş vaxtının uçotu, davamiyyət və məzuniyyət proseslərinin, eləcə də əməkhaqqının hesablanması üçün təqdim olunan ilkin məlumatların düzgünlüyünü təmin etmək;
- İşçilərin müraciət və şikayətlərinin araşdırılmasını, əmək mübahisələrinin və münaqişələrin həllini, intizam tədbirlərinin müvafiq prosedurlara uyğun həyata keçirilməsini əlaqələndirmək;
- ƏMAS və şirkətin daxili insan resursları sistemlərində işçi məlumatlarının dəqiqliyinə, aktuallığına və məxfiliyinə nəzarət etmək;
- İnsan resursları prosedurlarının təkmilləşdirilməsi istiqamətində təşəbbüslər irəli sürmək, fəaliyyət göstəriciləri və əməliyyat riskləri üzrə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
- Əmək qanunvericiliyində baş verən dəyişiklikləri izləmək, onların şirkətin HR proseslərinə təsirini qiymətləndirmək və müvafiq uyğunlaşma tədbirlərini həyata keçirmək.
- Payroll prosesində iştirak etmək, əməkhaqqı hesablamaları üçün zəruri məlumatların hazırlanmasını, yoxlanılmasını və aidiyyəti şöbəyə təqdim edilməsini təmin etmək;
- Məzuniyyət, ezamiyyət, son haqq-hesab, icazə və digər ödənişlərlə bağlı məlumatların düzgün hazırlanmasını təmin etmək;
- İR və Payroll üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək.
Əsas tələblər:
- Yaş həddi: 30–45
- Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat və ya müvafiq sahələr üzrə);
- İnsan resursları və Payroll sahəsində minimum 5 il iş təcrübəsi;
- HR proseslərinin optimallaşdırılması, daxili prosedurların hazırlanması və təkmilləşdirilməsi üzrə bilik və təcrübə;
- MS Office və yaxşı səviyyədə Exceldə işləmək bacarığı;
- Analitik düşünmə, problem həlletmə və qərarvermə bacarığı;
- Güclü ünsiyyət, danışıqların aparılması və münaqişələrin idarə edilməsi bacarığı;
- Yüksək məsuliyyətlilik, detallara diqqət və məxfi məlumatlarla işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst, ingilis və ya türk dilində işlək səviyyədə ünsiyyət bacarığı;
- 1C, Bitrix, ƏMAS, E-sosial və digər dövlət portalları ilə işləmək bacarığı üstünlükdür.
Vəzifə üzrə təminatlar:
- Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur.
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “İnsan Resursları üzrə Menecer” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. HR meneceri üzrə bazar adətən 1 500–2 500 ₼ ödəyir, median — 2 000 ₼.
11 açıq vakansiya, 19 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
HR meneceri kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Alov Qüllələri - Flame Towers, Bakı şəhərindədir.
Namizədlərdən CV tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMövzu yerinə “İnsan Resursları üzrə Menecer” yazılmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçSon müraciət tarixi 5 dekabr 2026-cı ildir.
Müraciət elektron poçt vasitəsilə həyata keçirilir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHR meneceri üzrə Bakıda digər açıq elanlar.
İnsan resursları proseslərini idarə edir və ən azı 3 il təcrübəsi tələb olunur.
İnsan resursları üzrə menecer kimi işə qəbul və əmək qanunvericiliyini bilmək tələb olunur
Kadr şöbəsinin fəaliyyətinə rəhbərlik edir və insan resursları proseslərini idarə edir.


