Labor LawRecruitmentAttendance Management
Yerləşmə
Ağdərə
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
22 iyun 2026
Dillər
Azerbaijani, English
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
İşçilərin şəxsi iş qovluqlarının yaradılması, sənədlərin sistemləşdirilməsi və müvafiq qeydiyyat prosesinin aparılması;ƏMAS sistemi üzərindən əmək müqavilələrinin rəsmiləşdirilməsi, dəyişikliklərin işlənməsi və xitam prosedurlarının həyata keçirilməsi;1C proqramı üzərindən kadr əməliyyatlarının və əmrlərinin düzgün şəkildə qeydiyyata alınması və idarə edilməsi;İş vaxtının uçotu üzrə aylıq davamiyyət cədvəllərinin hazırlanması və təsdiqə təqdim edilməsi;Məzuniyyət qrafikinin hazırlanması, əmək məzuniyyətlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilməsi;Əmək qanunvericiliyinə uyğun olaraq kadr əmrlərinin hazırlanması və icrasının təmin edilməsi;Əməkhaqqı kartları üzrə sifarişlərin təşkili və aidiyyəti məlumatların mühasibatlıq şöbəsinə təqdim edilməsi;Dövlət qurumlarından daxil olan müraciət və sorğuların araşdırılması, müvafiq cavabların hazırlanması;Vəzifə təlimatlarının hazırlanması, yenilənməsi və aidiyyəti şöbələrlə koordinasiyasının təmin edilməsi;İnsan resursları üzrə dövri hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;Müəssisədaxili sənədlərin, prosedurların və qaydaların qüvvədə olan əmək qanunvericiliyinə uyğun hazırlanması və yenilənməsi;Namizədlərin ilkin qiymətləndirilməsi, müsahibələrin təşkili və işə qəbul proseslərinin koordinasiya edilməsi;Şirkətə məxsus maliyyə, kommersiya və digər daxili məlumatların məxfiliyinin qorunması. Xüsusi tələblər İnsan Resurslarının İdarə Edilməsi, Hüquq, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi;Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə biliklər;ƏMAS sistemi ilə işləmək bacarığı;1C proqramı üzrə praktiki iş təcrübəsi;Microsoft Office proqramlarında, xüsusilə Excel proqramında işləmək bacarığı;Namizədilərin Bərdə, Ağdam, Tərtər və Ağdərə və yaxın bölgələrdən olması arzuolunandır;Məcburi köçkünlərə üstünlük veriləcəkdir;İngilis dili biliyi orta səviyyə.Biz nə təklif edirik?Rəqabətli əməkhaqqı;Ağdərə ərazisində çalışan əməkdaşlar üçün yaşayış yerinin təmin edilməsi;Yemək xərclərinin qarşılanması;Tibbi sığorta;Korporativ iş mühiti və karyera inkişaf perspektivləri.Qeyd olunan tələblərə uyğun olan namizədlərin CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd etməklə [email protected] qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müraciət etmək üçün: [email protected]
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Labor LawRecruitmentEmployee Relations
HR OperationsLabor LawEmployee Onboarding
Labor LawRecruitmentConflict Resolution
