Müştərilərlə ünsiyyət qurur, iş prosesini təşkil edir və nəzarət edir.
Vakansiya haqqında
İnzibati və ofis idarəetməsi
- Ofisin gündəlik inzibati fəaliyyətini təşkil etmək və koordinasiya etmək
- Ofis qaydalarını və daxili inzibati prosedurları hazırlamaq, onların tətbiqinə nəzarət etmək
- Əməkdaşların gündəlik inzibati ehtiyaclarını koordinasiya etmək
- Ofis ləvazimatlarını, inventarı və digər inzibati resursları idarə etmək
- Təchizatçılar və xidmət göstərən şirkətlərlə kommunikasiya aparmaq
- Ofis infrastrukturu, texniki və təsərrüfat məsələlərini koordinasiya etmək
- Rəhbərliyin inzibati tapşırıqlarını icra etmək və koordinasiya etmək
Sənəd dövriyyəsi və arxiv işi
- Gələn və gedən sənədləri qeydiyyata almaq, təsnifləşdirmək, aidiyyəti departamentlərə yönləndirmək və lazım gəldikdə arxivləşdirmək
- Müqavilə, məktub, rəsmi yazışma və digər korporativ sənədlərin dövriyyəsinə nəzarət etmək
- Şirkət məlumatlarını və sənəd reyestrlərini aktual saxlamaq
Reception və qonaqların qəbulu
- Reception fəaliyyətini təşkil etmək və gündəlik idarə etmək
- Qonaqları qarşılamaq, ofisə giriş prosesini təşkil etmək və onları aidiyyəti şəxslərə yönləndirmək
- Gələn zəngləri, sorğuları və ümumi müraciətləri qəbul etmək
- Görüşləri və qonaq səfərlərini koordinasiya etmək
- Kuryer, poçt və sənəd çatdırılmalarının qəbulunu və göndərilməsini təşkil etmək
Tələblər
- Ali təhsil (biznes idarəetməsi, menecment və ya əlaqəli sahə üstünlükdür)
- Ofis administrasiyası, reception və ya sənəd dövriyyəsi sahəsində ən azı 2 il iş təcrübəsi
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi bilik; ingilis dilində işgüzar səviyyədə ünsiyyət; rus dili bilikləri üstünlükdür
- MS Office proqramlarından (Word, Excel, Outlook) və Microsoft Teams-dən sərbəst istifadə
- Kargüzarlıq və işgüzar yazışma qaydalarını bilmək
- Güclü təşkilatçılıq, prioritetləşdirmə və eyni anda bir neçə tapşırığı idarə etmə bacarığı
- Diqqətlilik, məsuliyyət və məxfiliyə riayət
- Peşəkar görünüş, xoş ünsiyyət və müştəri yönümlü yanaşma
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Könüllü tibbi sığorta
- Parking
- Korporativ nömrə
- Telefon xərcləri
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Ofis meneceri və HR koordinatoru üzrə bazar adətən 600–900 ₼ ödəyir, median — 675 ₼.
3 açıq vakansiya, 12 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Ofis meneceri və HR koordinatoru kimi öz maaşını yoxlaMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Ofis administrasiyası və sənəd dövriyyəsi sahəsində ən azı 2 il iş təcrübəsi tələb olunur.
Vakansiya tam ştatdır, iş saatları barədə məlumat verilməyib.
MS Office və Microsoft Teams proqramlarından sərbəst istifadə, güclü təşkilatçılıq və prioritetləşdirmə bacarığı tələb olunur.
Azərbaycan dilində mükəmməl, ingilis dilində işgüzar səviyyədə, rus dili bilikləri üstünlükdür.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarOfis meneceri və HR koordinatoru üzrə Bakıda digər açıq elanlar.
İnsan resursları əməliyyatlarını və əmək münasibətlərini koordinasiya edir, əmək qanunvericiliyini bilir.
İnsan Resursları sahəsində işə qəbul və komanda inkişafı üzrə fəaliyyət göstərir, minimum 2 il təcrübə tələb olunur.
İşçi tələbatını müəyyənləşdirir, kadr sənədlərini idarə edir və HR proseslərini həyata keçirir, 3 il təcrübə tələb olunur.



