Ofis əməliyyatlarını idarə edir və ofis inzibatçılığı üzrə 2 ildən çox təcrübəyə malikdir.
Vakansiya haqqında
İş şəraiti
- Şəhər: Bakı
- İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)
- Əmək haqqı: Razılaşma əsasında
Vəzifə öhdəlikləri:
- Şirkətin gündəlik inzibati işlərinin təşkili və koordinasiyası;
- Rəhbərliyə inzibati və təşkilati məsələlərdə dəstək göstərmək;
- Sənədlərin hazırlanması, qeydiyyatı və düzgün şəkildə idarə olunmasını təmin etmək;
- Daxil olan və göndərilən sənədlərin, yazışmaların və digər inzibati məlumatların sistemli şəkildə aparılması;
- Məktubların qəbulu, qeydiyyatı və aidiyyəti üzrə göndərilməsinin təşkili;
- Rəhbərin görüşlərinin, iclaslarının və gündəlik planının təşkili;
- Onlayn görüşlərin (Zoom və digər platformalar) yaradılması, təqvimlərin (calendar) idarə olunması;
- Şirkətə gələn qonaqların və müştərilərin qarşılanması, yönləndirilməsi;
- Ofisin gündəlik ehtiyaclarının izlənilməsi və təmin edilməsi;
- Dəftərxana ləvazimatları və digər ofis ehtiyaclarının müəyyən edilməsi;
- Ofisdə yaranan texniki və inzibati məsələlərin həlli üçün aidiyyəti şəxslərlə əlaqələndirmələrin aparılması.
Tələblər:
- Ali təhsil (idarəetmə və ya əlaqəli sahələr üzrə olması üstünlükdür);
- Ofis meneceri və ya inzibati sahədə iş təcrübəsi üstünlükdür;
- Azərbaycan dili – mükəmməl səviyyədə;
- Rus və ingilis dillərini bilmək üstünlükdür;
- MS Office proqramları (Word, Excel, Outlook), Zoom və digər ofis proqramları ilə işləmək bacarığı;
- Sənədlərlə işləmə və məlumatların düzgün idarə olunması bacarığı;
- Yüksək təşkilatçılıq və planlama bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və səliqəlilik;
- Operativ qərarvermə və problemlərin həlli bacarığı;
- Güclü ünsiyyət bacarığı və peşəkar davranış.
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu sətrində “Ofis meneceri” vəzifəsini qeyd etməyi unutmayın.
Yerləşmə
Azərbaycan
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
31 iyul 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
31 avqust 2026
Şirkət haqqında
ABB-İnvest İnvestisiya Şirkəti QSC
Maliyyə və sığorta fəaliyyəti, Kapital bazarları · Baku
ABB-İnvest İnvestisiya Şirkəti QSC (Şirkət) 2020-ci ildə yaranmışdır və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş müvafiq lisenziyaya əsasən fəaliyyət göstərir.
ABB-İnvest İnvestisiya Şirkəti QSC — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Maaş göstərilməyib
Ofis inzibatçısı kimi gündəlik inzibati işləri idarə edir və əsas kompüter proqramlarını bilir.
600₼
Ofisə gələn qonaqları qarşılayır, görüşləri təşkil edir və yüksək ünsiyyət bacarığı tələb olunur.
650–800₼
Təhsil mərkəzinin inzibati işlərini idarə edir və ofis işlərində təcrübə tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət


