Vakansiya haqqında

İş öhdəliklərinin təsviri

  • Universitetin strateji prioritetlərinə uyğun olaraq tələbələrin təcrübə və karyera inkişafı istiqamətində fəaliyyətlərin planlaşdırılmasına və həyata keçirilməsinə rəhbərlik etmək;
    • Tələbələrin ixtisaslarına və peşəkar inkişaf ehtiyaclarına uyğun təcrübə proqramlarının formalaşdırılmasını, işəgötürənlərlə birgə təşkilini və nəticələrinin qiymətləndirilməsini təmin etmək;
    • Tələbələrin əmək bazarına hazırlığını və karyera yetkinliklərini inkişaf etdirən karyera məsləhəti, təlim, mentorluq və digər inkişaf proqramlarının sistemli təşkilini təmin etmək;
    • Tələbələrin təcrübə və karyera inkişafının akademik proqramlarla əlaqələndirilməsi, ixtisaslar üzrə ehtiyacların müəyyənləşdirilməsi və müvafiq təşəbbüslərin həyata keçirilməsi məqsədilə fakültələrlə birgə fəaliyyət göstərmək;
    • Dövlət və özəl sektor, yerli və beynəlxalq şirkətlər, təşkilatlar və digər işəgötürənlərlə strateji tərəfdaşlıqlar qurmaq, tələbələr üçün təcrübə, məşğulluq və peşəkar inkişaf imkanlarını genişləndirmək;
    • Tələbə və məzunların işəgötürənlərlə əlaqəsini gücləndirən karyera tədbirlərini, işəgötürən görüşlərini, karyera sərgilərini və digər müvafiq tədbirləri təşkil etmək;
    • Tələbələrin təcrübə nəticələri, məzunların məşğulluğu, işəgötürən rəyləri və əmək bazarının tələbləri üzrə məlumatları sistemli şəkildə təhlil etmək, nəticələr əsasında universitet rəhbərliyinə və aidiyyəti akademik strukturlara təkliflər vermək;
    • Şöbənin fəaliyyətinə və komandanın işinə rəhbərlik etmək, təcrübə və karyera xidmətlərinin keyfiyyətini, əlçatanlığını və davamlı inkişafını təmin etmək.

Xüsusi tələblər

Tələblər

  • İnsan resurslarının idarə edilməsi, biznesin idarə edilməsi, təhsil, iqtisadiyyat, sosial elmlər və ya əlaqəli sahə üzrə ali təhsil;
    • Karyera xidmətləri, insan resurslarının idarə edilməsi, işəgötürənlərlə əməkdaşlıq, tələbə inkişafı və ya əlaqəli istiqamətlər üzrə ən azı 5 il müvafiq iş təcrübəsi, o cümlədən ən azı 2 il idarəetmə təcrübəsi;
    • Karyera inkişafı, tələbələrin əmək bazarına hazırlanması, təcrübə proqramlarının təşkili və məşğulluq prosesləri üzrə peşəkar bilik və bacarıq;
    • İşəgötürənlərlə uzunmüddətli tərəfdaşlıqlar qurmaq, dövlət və sənaye (özəl sektor) əməkdaşlığını inkişaf etdirmək təcrübəsi;
    • Əmək bazarının tendensiyalarını və işəgötürənlərin kompetensiya tələblərini təhlil etmək təcrübəsi;
    • Proqram və tədbirlərin planlaşdırılması, həyata keçirilməsi, nəticələrinin qiymətləndirilməsi və müvafiq göstəricilər üzrə hesabatların hazırlanması təcrübəsi;
    • Liderlik, strateji və analitik düşünmə, planlaşdırma, təşəbbüskarlıq, danışıqlar aparma və nəticəyönümlü idarəetmə bacarıqları;
    • Maraqlı tərəflərlə effektiv peşəkar kommunikasiya və əməkdaşlıq qurmaq təcrübəsi;
    • Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı; ingilis dilində peşəkar fəaliyyət və beynəlxalq tərəfdaşlarla yazılı/şifahi ünsiyyət qurmaq bacarığı (minimum B2 səviyyəsi).

    Müraciət etmək üçün

    Təklif etdiyimiz üstünlüklər

  • Rəqabətqabiliyyətli əməkhaqqı;
  • Xankəndi şəhərində mənzil təminatı;
  • Peşəkar inkişaf və beynəlxalq əməkdaşlıq imkanları.

Qeyd: Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Müraciət etmək üçün: [email protected]
Yerləşmə
Xankəndi
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
2 sentyabr 2026
Dillər
Azerbaijani, English

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

International BOKT
Manager · 3+ ilAğdaş
Maaş göstərilməyib

Filialın gündəlik fəaliyyətini idarə edir, satış və idarəetmə təcrübəsi tələb olunur

LeadershipTeam ManagementBusiness DevelopmentRisk Management+10
Müraciət etAsan müraciətAsan müraciət
International BOKT
Manager · 5+ ilBakı
Maaş göstərilməyib

Region üzrə filialların idarə olunmasını və satış göstəricilərinin təhlilini həyata keçirir, liderlik bacarığı tələb olunur.

LeadershipTeam ManagementBusiness DevelopmentNegotiation+7
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib

Region üzrə filialların idarə olunmasını və satış göstəricilərinin təhlilini həyata keçirir, liderlik bacarığı tələb olunur

LeadershipTeam ManagementBusiness DevelopmentNegotiation+7
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Təcrübə və karyera mərkəzinin direktoru
Müraciət et