Yerləşmə
Azərbaycan
Təcrübə
3–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
700–800 ₼
Yerləşdirilib
29 iyun 2026
Dillər
Azerbaijani
Son tarix
29 iyul 2026

Vakansiya haqqında

Əsas öhdəliklər:

  • Mühasibat uçotunun əsas prinsipləri və ilkin mühasibat sənədlərinin hazırlanması üzrə təlimlərin keçirilməsi;
  • Nağd və qeyri-nağd əməliyyatların uçotu, bank və kassa əməliyyatlarının aparılması qaydalarının praktiki şəkildə tədris edilməsi;
  • Mühasibat proqramlarında (1C, Logo, Mikro və s.) praktiki məşğələlərin təşkili və proqramlardan istifadə bacarıqlarının formalaşdırılması;
  • Vergi qanunvericiliyi, DSMF öhdəlikləri və digər maliyyə-hüquqi prosedurlar üzrə nəzəri və praktiki biliklərin tədris edilməsi;
  • Mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsi, arxivləşdirilməsi və hesabatlılıq proseslərinin izah edilməsi;
  • Real mühasibat case-ləri və praktiki tapşırıqlar əsasında interaktiv təlimlərin təşkili;
  • Müdavimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsi və real iş mühitinə uyğun praktik portfoliolarının formalaşdırılmasına dəstək göstərilməsi;
  • Tədris proqramlarının və təlim materiallarının hazırlanması, mütəmadi yenilənməsi və təkmilləşdirilməsi;
  • Təlim iştirakçılarının bilik və bacarıqlarının qiymətləndirilməsi, inkişaf istiqamətlərinin müəyyən edilməsi və müvafiq rəyin verilməsi;
  • Təlim prosesinə dair hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.

Kvalifikasiya tələbləri:

  • Təhsili: Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
  • İş təcrübəsi: Mühasibatlıq sahəsində minimum 3–5 il iş təcrübəsi, Baş Mühasib kimi iş təcrübəsinin olması üstünlükdür;
  • Təlimçilik təcrübəsinin olması üstünlük hesab edilir;
  • ACCA, PMS, DipIFR və digər peşəkar maliyyə sertifikatlarının olması üstünlükdür.

Tələb olunan bilik və bacarıqlar:

  • Mühasibat uçotu və maliyyə hesabatlılığı üzrə dərin biliklər;
  • Vergi qanunvericiliyi və DSMF əməliyyatları üzrə praktiki biliklər;
  • İlkin mühasibat sənədlərinin hazırlanması və uçotunun aparılması bacarığı;
  • 1C, Logo, Mikro və digər mühasibat proqramlarında işləmək bacarığı;
  • Təlim proqramlarının hazırlanması və effektiv təqdimat bacarığı;
  • Güclü ünsiyyət, izah etmə və auditoriyanı idarəetmə bacarığı;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Microsoft Office proqramlarında, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • Məsuliyyətli, dəqiq və nəticəyönümlü yanaşma.

Təklif edirik:

  • Əmək haqqı: 700 – 800 AZN; (1 qrup üçün)
  • Həftədə 5 gün, gündə 3 saat iş qrafiki;
  • Peşəkar inkişaf və təlim layihələrində iştirak imkanı;
  • Müasir və rahat iş mühiti;
  • Gənc və peşəkar komanda ilə işləmək imkanı;
  • Uzunmüddətli əməkdaşlıq perspektivi.

Şirkət haqqında

Step Consulting LLC
Mehmanxana və ictimai iaşə xidmətləri, Restoran və katerinq xidmətləri

“Step Consulting” LLC müxtəlif sahələri —restoran şəbəkələri, təlim-tədris mərkəzi, poliqrafiya xidmətlərini vahid komanda ruhu ilə birləşdirən yaradıcı və inkişafyönümlü bir şirkətdir. İşçilərimizin rifahı və peşəkar inkişafı bizim üçün ön plandadır. Hədəfimiz yalnız müştərilərimizə deyil, komandamıza da dəyər qatmaq və uzunmüddətli əməkdaşlıq yaratmaqdır.

Step Consulting LLC — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
700–800 ₼
Mühasibatlıq üzrə təlimçi
Müraciət et