Təlimlərin təşkili üzrə mütəxəssis

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
19 iyun 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
18 iyul 2026

Vakansiya haqqında

Kibergigiyena təlimləri çərçivəsində dövlət və özəl qurumlarla tərəfdaşlıqların qurulması;
Dövlət qurumlarında kibergigiyena təlimlərinin təşkili və hesabatlılığı;
Özəl sektor qurumlarında kibergigiyena təlimlərinin təşkili və hesabatlılığı;
Spesifik kontentli kibermaarifləndirmə təlimlərinin təşkili;
Kibergigiyena layihəsinin təhvil-təslim sənədlərinin hazırlanması, eləcə də hüquq və maliyyə hesabatlılığının hazırlanması;
ESD ilə kibergigiyena sahəsində əməkdaşlığın təşkili və birgə təlim proqramlarının koordinasiyası;
Kibergigiyena təlimləri üçün kontentin hazırlanmasında dəstək və mentor heyəti ilə metodiki əməkdaşlıq.
Tələblər
Ali təhsil (Təlim və inkişaf sahəsində üstünlük verilir);
Təlim və inkişaf sahəsində ən azı 1 il iş təcrübəsi;
Güclü ünsiyyət və təqdimat bacarıqları;
Yüksək təşkilatçılıq və planlaşdırma bacarıqları;
Yaradıcı yanaşma və məzmun hazırlama bacarığı;
Təlim kontentinin hazırlanması və təlim materiallarını vizual şəkildə təqdim etmək bacarığı;
Komanda işi və əməkdaşlıq bacarıqları;
Səlis nitq və auditoriya qarşısında özünəinamla danışıq bacarığı;
Microsoft Office proqramlarında yüksək səviyyədə biliklər (Word, Excel, PowerPoint);
Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları, İngilis və Rus dillərində əla ünsiyyət bacarığı.

Şirkət haqqında

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Dövlət idarəetməsi və müdafiə, Dövlət xidmətləri · 300-500 · Bakı

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılmışdır. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya mühitinin formalaşdırılması, ekosistemin gücləndirilməsinə xidmət edir. Nüvə elmi və texnologiyalarının sınaq təcrübələrini aparmaq, fiziki və hüquqi şəxslərə innovasiya yönümlü elmi-tədqiqatlarına və innovativ layihələrinə (Startapları) dəstək vermək, müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərərək ölkədə İKT sahəsində əlçatan təhsil və karyera imkanlarını təmin etmək, rəqəmsal hökumət və rəqəmsal cəmiyyətin qurulması və təşkilini həyata keçirmək Agentliyin prioritet istiqamətləridir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Təlimlərin təşkili üzrə mütəxəssis
Müraciət et