Hüquq şöbəsini idarə edir, hüquqi sənədləri hazırlayır və hüquq sahəsində 5 il təcrübəsi var.
Vakansiya haqqında
İş haqqında məlumat
“Hüquq şöbəsinin müdiri / baş hüquqşünas / hüquqşünas” vakansiyası üzrə işçi axtarışı elan edilir!
Əgər hüquqi biliklərinizi real biznes mühitində tətbiq etmək, peşəkar komandanın bir parçası olmaq və karyera inkişafınıza yeni istiqamət vermək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri
- Cəmiyyətin hüquqi fəaliyyətinin təşkili və hüquqi risklərin idarə olunması;
- Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə hüquqi müşayiətin təmin edilməsi;
- Korporativ, satınalma, xidmət, əməkdaşlıq, məxfilik, tərəfdaşlıq və digər müqavilələrin, memorandumların, əmrlərin, qərar layihələrinin, daxili normativ və digər hüquqi sənədlərin qanunvericiliyə uyğun tərtib olunması, hüquqi təhlili, ekspertizasının aparılması, razılaşdırılması və icrasına nəzarət edilməsi;
- Müqavilələr üzrə hüquqi risklərin qiymətləndirilməsi və risklərin minimallaşdırılması ilə bağlı təkliflərin hazırlanması;
- Normativ hüquqi aktların təhlili və tətbiqi ilə bağlı hüquqi araşdırmaların aparılması;
- Hüquqi rəylərin və prosessual sənədlərin hazırlanması;
- Dövlət qurumlarından, özəl şirkətlərdən daxil olan sorğuların və məktubların cavablandırılması;
- Struktur bölmələrə hüquqi məsləhət və metodoloji dəstəyin göstərilməsi;
- Hüquq şöbəsinin fəaliyyətinin idarə olunması, əməkdaşların fəaliyyətinə nəzarət və iş bölgüsünün təşkili;
- Qanunvericilikdə edilən dəyişikliklərin izlənilməsi və aidiyyəti üzrə tətbiqinin təmin edilməsi;
- Daxili prosedur, əsasnamə və qaydaların hazırlanması və təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
- Korporativ idarəetmə prinsiplərinin tətbiqinə hüquqi dəstəyin göstərilməsi;
- Hüquqi hesabatların və rəhbərlik üçün analitik arayışların hazırlanması.
İş rejimi:
- 5 günlük iş qrafiki
- İş saatı 09:00-18:00-dək
- Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Şirkətin hüquqi işlərini idarə edir və korporativ hüquq üzrə ən azı 5 il təcrübəyə malikdir.
Müəssisənin hüquqi məsələlərini idarə edir və kommersiya hüququnda 2 il təcrübəsi tələb olunur.
Korporativ və kommersiya hüququ üzrə hüquqi dəstək verir, müqavilələr hazırlayır və təhlil edir.


