Şirkətin hüquqi işlərini idarə edir, müqavilə hüququ və korporativ hüquq üzrə təcrübə tələb olunur
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Hüquqi şəxslərin dövlət qeydiyyatı, yenidən təşkili və ləğvi ilə bağlı prosedurların həyata keçirilməsi;
- Nizamnamə, təsis qərarı, etibarnamə, protokol və digər korporativ sənədlərin hazırlanması;
- Şirkətin barəsində çıxarılmış məhkəmə qərarlarının icrası ilə bağlı zəruri tədbirləri görmək;
- Hüquqi risklərin müəyyən edilməsi və onların minimallaşdırılması üzrə təkliflərin verilməsi;
- Miqrasiya məsələləri üzrə müraciətlərin hazırlanması, təqdim edilməsi və proseslərin izlənilməsi;
- Şirkətin gündəlik fəaliyyətindən irəli gələn korporativ hüquq məsələləri üzrə hüquqi məsləhətlərin verilməsi və hüquqi risklərin qiymətləndirilməsi;
- Patent, əmtəə nişanı və digər əqli mülkiyyət obyektlərinin qeydiyyatı ilə bağlı sənədlərin hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi;
- Müqavilələrin, hüquqi rəylərin, ərizə və müraciətlərin hazırlanması və hüquqi ekspertizasının aparılması;
Namizədə tələblər:
- Hüquq sahəsində ali təhsil;
- Hüquqşünas vəzifəsində minimum 3 il iş təcrübəsi;
- Hüquqi şəxslərin dövlət qeydiyyatı, korporativ dəyişikliklər, miqrasiya hüququ və əqli mülkiyyət hüququ (patentlər) sahələrində praktiki təcrübə;
- Müvafiq dövlət qurumları ilə işləmə və rəsmi prosedurların aparılması üzrə təcrübə;
- Müqavilələrin, ərizələrin, etibarnamələrin, hüquqi rəylərin və digər hüquqi sənədlərin hazırlanması bacarığı;
- Rus və İngilis dillərini sərbəst səviyyədə bilmək;
- Hüquqi araşdırma və təhlil aparmaq bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik, operativlik və yüksək təşkilatçılıq bacarığı.
- Konsaltinq sahəsində iş təcrübəsi üstünlükdür.
Biz nə təklif edirik?
- Pozitiv və dəstəkləyici iş mühiti;
- İş qrafiki: bazar ertəsi–cümə, saat 08:30–17:30;
- Həftədə bir dəfə evdən işləmək imkanı;
- Gross 1 700 – 2 250 AZN əməkhaqqı;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Könüllü tibbi sığorta;
- Kritik xəstəliklərdən sığorta;
- Push30 abunəliyi;
- Peşəkar təlimlərdə iştirak və inkişaf imkanları.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Hüquqşünas üzrə bazar adətən 800–2 000 ₼ ödəyir, median — 1 263 ₼.
20 açıq vakansiya, 34 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Hüquqşünas kimi öz maaşını yoxlaMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş qrafiki bazar ertəsi–cümə, saat 08:30–17:30-dur.
İş yeri Bakı şəhərindədir.
Əmək haqqı 1 700 – 2 250 ₼ aralığındadır.
Müraciət üçün link vasitəsilə müraciət etmək kifayətdir. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçPozitiv iş mühiti, həftədə bir dəfə evdən işləmək imkanı, tibbi sığorta və peşəkar təlimlər təklif olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHüquqşünas üzrə Bakıda digər açıq elanlar.
Məhkəmə işləri üzrə qanunvericiliyi tətbiq edir və hüquqşünaslıq üzrə ali təhsil tələb olunur
Şirkətə hüquqi dəstək verir, AML/KYC və vergi qanunvericiliyini bilmək tələb olunur
Hüquqi məsləhətlər verir, sənədlər hazırlayır və ən azı 2 il təcrübə tələb edir
Mövzu üzrə materiallar

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur


