Müqavilələr və normativ sənədlərin hüquqi təhlili üzrə mütəxəssis

PASHA Bank

Vakansiya haqqında

Təsvir

  • Yeni bank məhsulları və xidmətlərinin yaradılması, mövcud bank məhsulları və xidmətlərinə müvafiq dəyişiklərlə əlaqədar bank məhsulları, proseslərinin hüquqi ekspertizası;
  • Mövcud hüquqi tənzimlənməni təmin etmək üçün qanunvericiliyə təkliflərin hazırlanması, müvafiq struktur bölmələr tərəfindən hazırlanan təkliflərə hüquqi rəylərin verilməsi;
  • Qanunvericiliyə yeniliklərin (dəyişikliklərin) mütəmadi olaraq izlənilməsi və icrası üçün zəruri addımların atılmasına dəstək göstərilməsi;
  • Müxbir bank münasibətlərinin yaradılması, investisiya xidmətlərinin alınması, müxtəlif maliyyə institutları ilə işgüzar münasibətlərin qurulması, saxlanılması və xitam verilməsi ilə əlaqədar müqavilələrin, onlara əlavələrin hazırlanması, müqavilələrin hüquqi ekspertizası, müqavilələr üzrə hüquqi risk yaradan məsələlərin aidiyyatı üzrə təhlil edilməsi və razılaşdırılmasının (həll edilməsinin) təmin edilməsi;
  • Yeni bank məhsulları və xidmətləri ilə əlaqədar müqavilələrin hazırlanması, tərəfdaşlardan daxil olan sorğular əsasında mövcud müqavilələrin yenilənməsinin təmin edilməsi;
  • Qanunvericilikdəki yeniliklər, mövcud hüquqi risklərdən və s. irəli gələrək bank məhsulları və xidmətləri, o cümlədən xarici (kənar) tərəfdaşlarla bağlanan digər növ (o cümlədən satınalma, qeyri-satınalma, təchizat müqavilələri və s.) müqavilələrin mütəmadi olaraq hüquqi təhlil edilməsi və zərurət olduqda müvafiq düzəlişlərin (əlavələrin) edilməsi;
  • Tərəfdaşlar və müştərilələrlə müqavilələrin şərtlərin razılaşdırılması prosesində iştirak edilməsi, prosesin başdan sona uğurla başa çatdırılması;
  • Hüquq departamentinin sahibi olduğu bankdaxili normativ hüquqi sənədlərin hazırlanması, qanunvericilikdəki yeniliklər, mövcud hüquqi risklərdən və s. irəli gələrək mütəmadi olaraq yenilənməsinin təmn edilməsi;
  • Bankdaxili normativ hüquqi sənədlərin hazırlanması prosesində iştirak edilməsi, normativ hüquqi sənədlərin ekspertizasının təmin edilməsi və müvafiq olaraq razılaşdırılması;
  • Bankdaxili əmr və etibarnamələrin hazırlanmasına hüquqi dəstəyin göstərilməsi, əmr və etibarnamələrə hüquqi rəylərin verilməsi;
  • Mütəmadi olaraq yaranan münasibətlərin tənzimlənməsi məqsədilə bankın maraqlarına uyğun formada standartlaşdırılmış müqavilələrin hazırlanması;
  • Müqavilələrin və normativ hüquqi sənədlərin hüquqi ekspertizası ilə əlaqədar hüquqi risk yaradan məsələlər üzrə kompleks hüquqi mövqenin formalaşdırılması, risk xəritəsi və mitiqasiya planının hazırlanması, birbaşa rəhbər və digər bankdaxili aidiyyəti tərəfdaşlarla razılaşdırılması;
  • Şöbənin fəaliyyəti ilə əlaqədar tələb edilən müvafiq hesabatların hazırlanması;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.

Tələblər

  • Təhsil: Hüquq sahəsində ali təhsil (bakalavr)
  • Tələb olunan iş təcrübəsi: 3-5 il iş təcrübəsi
  • Xarici dillər: İngilis (səlis)
  • Kompüter bilikləri: Microsoft Office

Vakansiya növü - Müvəqqəti

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yerləşmə
Azərbaycan
Təcrübə
3–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
30 iyul 2026
Dillər
English
Son tarix
30 avqust 2026

Şirkət haqqında

PASHA Bank
Banking · Baku
PASHA Bank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Superfon
Junior
Maaş göstərilməyib

Hüquqi sənədlərin hazırlanması və müqavilələrin ekspertizası üzrə iş görür, hüquq təhsili tələb olunur.

Contract DraftingLegal Document PreparationLegal ExpertiseLegislation research+3
Müraciət etAsan müraciətAsan müraciət
2 300–2 600

Hüquqi sənədləri hazırlayır, hüquqi ekspertiza aparır və ən azı 1 il təcrübə tələb olunur.

Contract DraftingLabor LawPresentation SkillsResponsibility+12
Müraciət etAsan müraciətAsan müraciət
Aztelekom MMC
Middle · 1–3 il
Maaş göstərilməyib

Şirkətin hüquqi məsələlərinə dəstək verir, korporativ hüquq üzrə 1-3 il təcrübəsi tələb olunur.

Contract DraftingAnalytical skillsTeamworkCorporate Law+9
Müraciət et
Maaş göstərilməyib

Fintech layihələrinin hüquqi sənədlərini hazırlayır və hüquqi riskləri qiymətləndirir.

ComplianceContract DraftingLegal Document PreparationLegal Risk Assessment+4
Müraciət et
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Müqavilələr və normativ sənədlərin hüquqi təhlili üzrə mütəxəssis
Müraciət et