Məhkəməyəqədər və icra mərhələsində problemli kreditlərlə bağlı hüquqi işləri aparır, ali təhsil və 2 ildən çox təcrübə tələb olunur.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Məhkəmə orqanlarının qüvvəyə minmiş qərarlarının icrası ilə bağlı icra orqanlarında şirkətin adından çıxış etmək, zəruri hallarda sorğular vermək
- İcraatında olan icra işinin gedişatına nəzarət etmək, o cümlədən aylıq ödənişlərə nəzarət etmək, portfel üzrə hədəf qoyulmuş aylıq ödənişləri təmin etmək, lazım olan məktub və sorğuları hazırlamaq, borclularla mütəmadi əlaqə saxlamaq
- Borclularla bağlı qanunvericiliyə uyğun olaraq məcburi icra tədbirlərinin icrasına nəzarət və icrasını tələb etmək
Namizədə tələblər:
- Azərbaycan dili səlis, rus dilini bilməsi arzuolunandır;
- Problemli kreditlər və məhkəmə icra orqanları ilə minimum iş təcrübəsi;
- Komandada və borclularla işləmək bacarıqları;
- Analitik zəkalı, məntiqi və riyazi hesablama aparmaq bacarıqları;
- Güclü kommunikasiya bacarıqları;
- İşdə dəqiqlik və detallara fikir vermə bacarıqları;
- Bank və ya bank olmayan kredit təşkilatında (problemli kredit mütəxəssisi və icraçılarla iş şöbəsinin mütəxəssisi vəzifəsində) iş təcrübəsi arzuolunandır
İş barədə məlumat:
- 5 günlük iş qrafiki (09:00-18:00)
- Vəzifə üzrə əmək haqqı: 1800-2500 AZN
Ünvan: Bakı, Yasamal ray., Həsən bəy Zərdabi prospekti 2A (Shokolad Tower)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
Bakı, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 2A (Shokolad Tower).
5 günlük iş həftəsi, saat 09:00-dan 18:00-dək.
1800-2500 manat arasıdır.
Problemli kreditlər və məhkəmə icra orqanları ilə minimum iş təcrübəsi tələb olunur.
Azərbaycan dili səlis, rus dili arzuolunandır.
Müraciət üçün CV göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİcraçı üzrə Bakıda digər açıq elanlar.
Bankın məhkəmə qərarlarının icrasını təmin edən və hüquqi sənədləri ekspertizadan keçirən mütəxəssis.
İcra işlərinin aparılması və hüquqi sənədlərin icrası üçün hüquqşünaslıq bilikləri tələb olunur
Məhkəmə qərarlarının icrası və problemli kreditlərlə bağlı hüquqi tədbirlər görür, hüquqi təhsilli olmalıdır.



