Tikinti layihələrinin hüquqi təminatını həyata keçirir, müqavilə hüququ üzrə bilik tələb olunur
Vakansiya haqqında
İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi
İş rejimi: Tam iş günü
Vəzifə öhdəlikləri:
- Hasilatın Pay Bölgüsü Sazişi rejimi altındakı vergi, gömrük və əmək məsələləri ilə bağlı dövlət orqanları qarşısında Filialın maraqlarının müdafiəsi;
- Hasilatın Pay Bölgüsü Sazişi və Birgə Əməliyyat Sazişi müddəalarının şərh edilməsi və onların icrası ilə bağlı hüquqi risklərin qiymətləndirilməsi;
- Müqavilələrin (alqı-satqı, xidmət, icarə və s.) hazırlanması, hüquqi ekspertizası və razılaşdırılması;
- Daxili normativ sənədlərin (əmr, qayda, təlimat, əsasnamə və s.) hazırlanması və hüquqi ekspertizası;
- Dövlət orqanları, məhkəmələr, bələdiyyələr və digər qurumlarla yazışmaların həyata keçirilməsi;
- Filialın mediasiya, məhkəmə, hüquq-mühafizə və digər icra orqanları qarşısında təmsil edilməsi;
- Filialın fəaliyyəti çərçivəsində zəruri olan, o cümlədən digər struktur bölmələrin müraciəti və ya Departament direktorunun tapşırığına əsasən hüquqi məsələlərə dair rəylərin hazırlanması;
- Zərurət olduqda Filialın müxtəlif struktur bölmələrinə hüquqi dəstəyin göstərilməsinin təmin edilməsi;
- Əmək və icra intizamının pozuntusu halları ilə bağlı araşdırmalarının həyata keçirilməsi, faktiki halların və əlaqəli sənədlərin təhlili və nəticələr üzrə hüquqi rəyin hazırlanması;
- Filial rəhbərliyinin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işlərin icra edilməsi.
Namizədə dair tələblər:
- Ali hüquq təhsili;
- 5 il hüquq sahəsində iş təcrübəsi;
- Azərbaycan Respublikasının mülki, əmək, inzibati və mülki prosesual qanunvericiliyini bilik və praktiki təcrübə;
- Hasilatın Pay Bölgüsü Sazişi sahəsi üzrə bilik və praktiki təcürbə
- Hüquqi sənədlərin tərtibi üzrə yüksək səviyyəli yazılı və analitik bacarıqlar;
- Məsuliyyətli, dəqiq və operativ iş prinsipi;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- MS Office proqramlarından istifadə etmə bacarığı;
- Komandada işləmək bacarığı;
- Azərbaycan dilini mükəmməl səviyyədə, ingilis dilini orta səviyyədə bilmək.
İşə dair şərtlər:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- Əmək haqqı: 2500-3000 manat net;
- Könüllü tibbi sığorta;
- 5 günlük iş qrafiki: I-V günlər saat 08:30-dan 17:30-dək
- İstirahət günləri: şənbə və bazar günləri; nahar fasiləsi: saat 12:00-13:00 (Nahar Filial tərəfindən təmin edilir)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Korporativ hüquqşünas üzrə bazar adətən 1 500–2 250 ₼ ödəyir, median — 1 700 ₼.
25 açıq vakansiya, 6 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Korporativ hüquqşünas kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsindədir.
Tam iş günü, həftədə 5 gün, saat 08:30-dan 17:30-dəkdir.
Əmək haqqı 2500-3000 manat netdir.
İş günləri bazar ertəsindən cümə gününə, istirahət günləri şənbə və bazar günüdür.
Ali hüquq təhsili və 5 il hüquq sahəsində iş təcrübəsi tələb olunur.
MS Office proqramlarından istifadə bacarığı tələb olunur.
Azərbaycan dilini mükəmməl, ingilis dilini orta səviyyədə bilməlidir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKorporativ hüquqşünas üzrə Bakıda digər açıq elanlar.
Şirkətin hüquqi risklərini idarə edir, müqavilələr hazırlayır və hüquqi ekspertiza aparır.
Şirkətin hüquqi məsələlərini idarə edir və müqavilələrin hazırlanmasında təcrübəsi olmalıdır.
Korporativ hüquqşünas kimi müqavilələrin hazırlanması və hüquqi risklərin qiymətləndirilməsi bacarığı tələb olunur.


