Beynəlxalq əqdlər və vergitutma üzrə hüquqşünas

ABB

Vakansiya haqqında

Görəcəyiniz işlər:

  • ABB-nin fəaliyyəti ilə bağlı müqavilələrin, o cümlədən digər zəruri sənədlərin hazırlanmasında, təkmilləşdirilməsində iştirak etmək, qeyri-rezidentlərlə bağlanması nəzərdə tutulan müqavilələrin və hüquqi əhəmiyyətə malik olan digər sənədlərin hüquqi ekspertizasını həyata keçirmək;
  • ABB-nin fəaliyyətinə təsiri olan beynəlxalq hüquq normalarının tətbiqi və daim izlənilməsi ilə bağlı lazımi işləri görmək;
  • ABB-nin gündəlik fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin araşdırılması və hüquqi rəylərin verilməsi istiqamətində ona verilən tapşırıqları yerinə yetirmək;
  • ABB-nin mənafelərinin qorunması üçün xarici elementli iddia ərizələrinin yazılması, müraciətlərin edilməsi, məhkəmə proseslərində iştirak, habelə qeyd edilən məqsədlər üçün xarici hüquq firmaları ilə əməkdaşlıq istiqamətində zəruri tədbirləri görmək, müvafiq tapşırıqları icra etmək;
  • Qeyri-rezidentlər, o cümlədən xarici dövlətlər və onların diplomatik nümayəndəlikləri ilə bağlanılan bütün əqdlərə hüquqi rəy verilməsi və əlaqədar yazışmaların aparılması istiqamətində verilən tapşırıqları icra etmək;
  • Qeyri-rezidentlərlə əlaqədar yaranan vergi münasibətlərinin tənzimlənməsində iştirak etmək, bu istiqamətdə zəruri tədbirlər görmək;
  • ABB-nin fəaliyyəti üzrə əhəmiyyətli hesab edilən xarici qanunvericilik aktları ilə tanış olmaq, spesifik məsələlərlə bağlı yerli və xarici qanunvericilik araşdırmaları etmək;
  • Zəruri hallarda, tələb olunan sənədlərin notarial qaydada təsdiq olunması, leqallaşdırılması və apostil olunması ilə bağlı işlərin görülməsi üçün verilən tapşırıqları yerinə yetirmək;
  • Şöbənin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə daxil olmuş məktublara qanunvericiliyə və bankdaxili qaydalara müvafiq olaraq baxılmasında və tələb olunduğu halda, cavablar hazırlanmasında iştirak etmək;
  • ABB-nin təsisçiliyi ilə ölkədən kənarda yaradılmış qurumlar və bank arasında hüquqi məsələlərlə bağlı kommunikasiya qurmaq və müvafiq istiqamətdə zəruri hüquqi araşdırmalar aparmaq, rəylər vermək;
  • Bankdaxili qaydalara uyğun olaraq, işinə dair hesabatların hazırlanmasını və təqdim edilməsini təmin etmək;
  • İş prosesində ortaya çıxan digər məsələlərin vaxtında və keyfiyyətli həllini təmin emək.

Bizim üçün uyğun namizəd:

  • Hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi;
  • Hüquq sahəsində minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının qanunvericiliyinin, xüsusilə bankların fəaliyyəti ilə bağlı zəruri qanunvericilik aktları üzrə biliklər;
  • Hüquq sahəsində praktiki və nəzəri biliklər;
  • Yüksək səviyyədə Azərbaycan, rus və ingilis dili bilikləri (hər üç dili işgüzar münasibətlərdə sərbəst şəkildə istifadə edə bilmək);
  • MS Office proqramları üzrə praktiki biliklər;
  • İşgüzar müstəvidə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, analitik təhlil, vaxtın düzgün idarə olunması üzrə zəruri bacarıqlar;
  • Təşəbbüskar, məsuliyyətli olmaq;
  • Araşdırma və komanda ilə effektiv işləmə bacarıqları.
Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
14 sentyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
9 oktyabr 2026

Şirkət haqqında

ABB
Banking · Baku

ABB (Azərbaijan Beynəlxalq Bankı / The International Bank of Azerbaijan) — the largest bank in Azerbaijan by assets, with the country's widest branch and ATM network. Offers retail, corporate, SME and digital banking services.

ABB — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Premium Bank
Middle · 1+ ilBakı
Maaş göstərilməyib

Bankın hüquq departamentində müqavilələrin hazırlanması və hüquqi məsələlərin həlli üzrə işləyir.

Contract DraftingLabor LawLegal ExpertiseCivil Law+7
Müraciət etAsan müraciətAsan müraciət
Azersun Holding
Senior · 5+ ilBakı
Maaş göstərilməyib

Müxtəlif növ müqavilələrin hazırlanması və hüquqi ekspertizası üzrə 5 il təcrübəsi tələb olunur.

Contract DraftingLegal ExpertiseLegal Document PreparationLegal Representation+6
Müraciət etAsan müraciətAsan müraciət
Nardaran İnvest
Junior · 1+ ilBakı
Maaş göstərilməyib

Hüquqi sənədlərin hazırlanması və hüquqi məsələlərdə dəstək göstərmək üçün hüquqşünas tələb olunur.

Contract DraftingLabor LawLegal Document PreparationLegal Expertise+12
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib

Müqavilələrin hazırlanması və hüquqi sənədlərin işlənməsi ilə məşğul olur, hüquqi bilik tələb olunur.

Contract DraftingDispute ResolutionLegal Document PreparationCorporate Law+4
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Beynəlxalq əqdlər və vergitutma üzrə hüquqşünas
Müraciət et