Müxtəlif növ müqavilələrin hazırlanması və hüquqi ekspertizası üzrə 5 il təcrübəsi tələb olunur.
Vakansiya haqqında
1. Müqavilələrin, sazişlərin və digər hüquqi sənədlərin və digər qanun mahiyyətli sənədləri işləyib hazırlayır və ya hazırlanmasında iştirak edir.
2. Korporativ müqavilələrinin bağlanılması işində onlara hüquqi əsaslandırılmış rəy verir, kollektiv müqavilələrin şərtlərinin işlənib hazırlanmasında, eləcə də debitor və kreditor borcların məsələlərinin baxılmasında iştirak edir.
3. Cəmiyyətin hüquqi işlərə metodiki rəhbərlik edir, struktur bölmələrə, ictimai təşkilatlara hüquqi yardım göstərir, iddiaların qəbul edilməsində, əsaslandırılmış cavabın hazırlanmasında iştirak edir.
4. Arbitraj və məhkəmə işlərində iddiaların baxılmasının nəticələrini ümumiləşdirir və təhlil edir, eləcə də müəssisə, idarə və təşkilatların təsərrüfat maliyyə fəaliyyətinin yaxşılaşdırılması, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması haqqında müvafiq təkliflərin işlənib hazırlanması məqsədi ilə, müqavilələrin bağlanılması və yerinə yetirilməsi təcrübəsini öyrənir.
5. İddialara cavab hazırlamaq üçün arayışın, hesabatın, izahat və başqa materialların vaxtında verilməsinə nəzarət edir.
6. Texniki vasitələrdən istifadə etməklə qanunvericilik və normativ aktları, sorğu-məlumat işini eləcə də qüvvədə olan qanunvericilik və başqa normativ aktları, onlara edilmiş əlavələri, dəyişiklikləri və ya onların ləğv olunması haqqında qeydiyyatlar aparır.
7. Cəmiyyətin bölmələrinin iştirakı ilə mənimsənilmə, israfçılıq, çatışmazlıq, keyfiyyətsiz, standartdan kənar və başqa qanun pozuntuları haqqında istintaq və məhkəmə orqanlarına verilməsi üçün istehsalatda olan sənədləri hazırlayır, icrası qurtarmış məhkəmə, işlərinin hesabını və mühafizəsini aparır.
8. Təsərrüfat, maliyyə və əmək intizamının möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi, israf və mənimsənilmə ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak edir.
Rəhbərliyin tapşırığı ilə,
9. Cəmiyyətə məxsus daşınmaz əmlakının sənədlərini mövcud qanunvericiliyinin uyğunluğuna gətitilməsi işlərində iştirak edir;
Şirkət haqqında
Astara Rayonunun Çayoba kəndi ərazisində yerləşən Green Plant MMC-yə məxsus "Astaraçay" Brendi Lənkəran və Astara rayonları ərazisində 1932-ci ildən etibarən əkilən plantasiyalardan toplanan premium Azərbaycan çayıdır.
Green Plant MMC — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Müştərilərə hüquqi konsultasiya verir və hüquqi riskləri qiymətləndirməyi bacarır.
Hüquqi sənədləri hazırlayır, hüquqi ekspertiza aparır və ən azı 1 il təcrübə tələb olunur.
Korporativ hüquq sahəsində müqavilələrin hazırlanması və hüquqi ekspertiza aparır, 3-5 il təcrübəsi var.



