Hüquqi sənədlərin hazırlanması və məhkəmədə təmsilçilik üçün hüquqşünaslıq üzrə 3 il təcrübə tələb olunur
Vakansiya haqqında
İş yeri: Bakı şəhəri
İş növü: Tam ştat
İş qrafiki: Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.
Əsas vəzifə öhdəlikləri:
- Sektorun səlahiyyətinə daxil olan məsələlər üzrə dövlət orqanı/qurumlarından, hüquqi və ya fiziki şəxslərdən daxil olan, o cümlədən bu istiqamətlərdə Cəmiyyət adından göndərilən hüquqi əsaslı məktub, sorğu və müraciətlərin qanunvericiliklə müəyyən edilmiş müddətlərə riayət etmək şərti ilə yoxlanılmasında və eləcə də bu istiqamətdə zəruri olan digər hərəkətlərin yerinə yetirilməsində iştirak etmək;
- Qanunvericiliyi mütəmadi olaraq izləmək, baş verən aidiyyəti yeniliklər üzrə sektor müdirinə məlumatların təqdim olunmasında iştirak etmək;
- Qanunvericilikdə baş verən yeniliklər və dəyişikliklərə dair qanunvericilik buraxılışlarını hazırlanmaq və sektor müdirinə təqdim olunmasında iştirak etmək;
- Tapşırığa uyğun olaraq Cəmiyyətin fəaliyyəti ilə bağlı olan müxtəlif mövzularda qanunvericiliyin tələblərinə dair arayış və məlumatları hazırlamaq və sektor müdirinə təqdim etmək;
- Cəmiyyətin iş nomenklaturasına daxil edilməsi nəzərdə tutulan sənədlər Siyahısının hazırlanmasında və siyahının təkmilləşdirilməsində iştirak etmək;
- Cəmiyyətin fəaliyyətinin təmin edilməsi məqsədi ilə tərtib edilmiş İMS sənədlərinin və müxtəlif məzmunlu normativ sənədlərin layihələrini hüquqi əsaslı yoxlamaq;
- Şöbəyə aid fəaliyyət əmrlərinin hazırlanması;
- Dövlət orqanı/qurumlarından daxil olmuş normativ hüquqi akt layihələrinə, dəyişikliklərə baxış keçirilməsi, qanunvericiliyin tələbləri və Cəmiyyətin mövqeyi nəzərə alınmaqla, təkliflərin verilməsində, müxtəlif normativ aktların layihələrinin hazırlanmasında iştirak etmək;
- Sektorun fəaliyyəti ilə əlaqədar olaraq statistik və digər hesabatların hazırlanmasında iştirak etmək;
- Sektorun fəaliyyət istiqamətləri üzrə hesabatlılığın təmin edilməsi məqsədi ilə müxtəlif məzmunlu reyestrlərin hazırlanmasında və daimi olaraq yenilənməsində iştirak etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Azərbaycan dilini səlis, İngilis dilini yaxşı səviyyədə bilməli;
- Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki Məcəlləni, Torpaq Məcəlləsini, Əmək Məcəlləsini, “Yerin təki haqqında” AR Qanununu, “Lisenziyalar və icazələr haqqında” AR Qanununu və digər əlaqəli normativ hüquqi aktları bilmək.
Tələb olunan təhsil:
-
Ali təhsil (Hüquq ixtisası üzrə)
Tələb olunan iş təcrübəsi:
-
Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Korporativ hüquqşünas üzrə bazar adətən 850–1 750 ₼ ödəyir, median — 1 375 ₼.
36 açıq vakansiya, 10 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Korporativ hüquqşünas kimi öz maaşını yoxlaŞirkət haqqında
AzerGold CJSC — Azerbaijan's state gold & non-ferrous metals producer (Chovdar, Söyüdlü/ZOD). Hires middle+ geology, mining engineering, IT, legal, procurement and ecology talent.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
İş qrafiki həftədə 5 gün, gündə 8 saatdır.
Ən azı 3 il müvafiq sahədə iş təcrübəsi tələb olunur.
Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
Təlimlərdə iştirak, idman mərkəzlərindən istifadə, nəqliyyat xidməti və rəqabətli mükafatlandırma sistemi mövcuddur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKorporativ hüquqşünas üzrə Bakıda digər açıq elanlar.
Maliyyə bazarlarının hüquqi tənzimlənməsi üzrə araşdırma aparır və hüquqi sənədlər hazırlayır
Korporativ hüquq sahəsində sənədlər hazırlayır və müqavilələri qanunvericiliyə uyğun yoxlayır
Hüquqi sənədləri hazırlayır, müqavilələri təftiş edir və hüquqi müdafiəni təmin edir, 1-3 il təcrübə tələb olunur



