Şirkətin hüquqi risklərini idarə edir, müqavilələr hazırlayır və hüquqi ekspertiza aparır.
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin tərəf olduğu məhkəmə qərarlarının icrası məqsədi ilə icra və probasiya şöbələrində şirkətin mənafelərinin müdafiə edilməsi;
- İcra vərəqlərinin məcburi icra olunmasının tələb edilməsi, icra məmurunun hərəkət və hərəkətsizliklərindən, qərarlarından aidiyyatı üzrə şikayət verilməsi və həmin şikayətlərin təmin olunmasının tələb edilməsi;
- İcra nəticəsində əldə olunan pul vəsaitlərini və əmlakların şirkətə çatdırılması məqsədi ilə qəbul edilməsi, icra işləri ilə bağlı hüquq mühafizə orqanlarına müraciətlərin edilməsi, sənədlərin təqdim edilməsi və həmin orqanlarda olan işlər üzrə tədbirlərin icra edilməsinin tələb olunması;
- Qanunvericilikdə baş vermiş dəyişiklikləri mütəmadi olaraq izləmək, öz iş fəaliyyətini həmin dəyişikliklərə uyğunlaşdırmaq və dəyişikliklərə uyğun olaraq şirkətin maraqlarını təmin etmək məqsədi ilə tədbirlərin görülməsi;
- Birbaşa rəhbərinin və şirkət rəhbərliyinin hüquqi məsələlərlə bağlı bütün göstərişlərinin yerinə yetirilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Azərbaycan Respublikasının Mülki, Mülki-Prosessual və İcra haqqında qanunvericiliyi üzrə yüksək səviyyədə biliklər;
- Məhkəmə və digər dövlət orqanları üçün ərizələrin, şikayətlərin və digər hüquqi sənədlərin hazırlanması bacarığı;
- Borclularla effektiv ünsiyyət qurmaq üçün danışıqlar aparma, inandırma və konfliktləri idarəetmə bacarıqları;
- MS Office proqramları üzrə biliklər.
Tələb olunan təhsil, iş təcrübəsi:
- Təhsil: Ali təhsil (Hüquqşünas)
- Problemli işlər, borcların idarə edilməsi və ya məhkəmə işləri sahəsində minimum 1-3 il iş təcrübəsi tələb olunur (Bank, BOKT və ya holdinq təcrübəsi olanlara üstünlük veriləcəkdir).
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç., 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə;
- Nahar təminatı;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquqşünas” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
“Avrora Qrup” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı, Aşıq Molla Cümə küç., 46C ünvanındadır.
İş qrafiki tam iş günü, həftədə 5 gün, saat 09:00-dan 18:00-dəkdir.
Minimum 1-3 il iş təcrübəsi tələb olunur.
Namizədlər CV-lərini mövzu hissəsinə “Hüquqşünas” yazaraq göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçBank, BOKT və ya holdinq təcrübəsi olanlara üstünlük veriləcəkdir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKorporativ hüquqşünas üzrə Bakıda digər açıq elanlar.
Korporativ hüquqşünas müqavilələrin hazırlanması və hüquqi təhlil üzrə 3 il təcrübə tələb edir.
Bankın hüquq departamentində müqavilələrin hazırlanması və hüquqi məsələlərin həlli üzrə işləyir.
Müqavilələrin hazırlanması və hüquqi ekspertiza aparmaq üçün hüquqşünas tələb olunur.




