Şirkətin hüquqi risklərini idarə edir, müqavilələr hazırlayır və hüquqi ekspertiza aparır.
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
- Sənədlərin (ərizə, məktub, sorğu, əmr, protokol və s.) ilkin tərtibatını və rəsmiləşdirməsini həyata keçirmək;
- Müəssisənin fəaliyyəti ilə bağlı icarə, alqı-satqı və digər müqavilələrin hazırlanmasını, hüquqi ekspertizasını və digər prosesləri təmin etmək;
- Müəssisənin departament, şöbə və bölmələrindən daxil olan hüquqi sorğuları cavablandırmaq, zəruri hallarda struktur bölmələrə hüquqi dəstək göstərmək.
Tələb olunan bilik və bacarıqlar:
- Müqavilələrlə iş təcrübəsi (alqı-satqı, xidmət, icarə və s.);
- Microsoft Office proqramlarında, xüsusilə Microsoft Word proqramında yüksək səviyyədə işləmək bacarığı;
- Komanda ilə işləmə bacarığı və məsuliyyətlilik;
- Operativlik və detallara diqqətlilik.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Hüquq ixtisası üzrə ali təhsil;
- Hüquq sahəsində minimum 2 (iki) il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis və rus dili bilikləri üstünlükdür.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquqşünas” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində, Aşıq Molla Cümə küçəsi 46 D ünvanındadır.
İş qrafiki tam iş günü, həftədə 5 gün, saat 09:00-dan 18:00-dəkdir.
Hüquq sahəsində minimum 2 il iş təcrübəsi tələb olunur.
Əmək bazarında rəqabətli əməkhaqqı təklif olunur.
CV-lər mövzu hissəsində “Hüquqşünas” yazılmaqla elektron poçt ünvanına göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKorporativ hüquqşünas üzrə Bakıda digər açıq elanlar.
Korporativ hüquqşünas müqavilələrin hazırlanması və hüquqi təhlil üzrə 3 il təcrübə tələb edir.
Bankın hüquq departamentində müqavilələrin hazırlanması və hüquqi məsələlərin həlli üzrə işləyir.
Şirkətin məhkəmə işlərini idarə edir və hüquqi sənədlər hazırlamaq bacarığı tələb olunur




