Vakansiya bağlanıb

Bu elan artıq aktiv deyil. Aşağıda Hüquqşünas üzrə açıq vakansiyalar var — siyahı hər gün yenilənir.

Vakansiya haqqında

Hüquq sahəsində güclü təcrübəniz var və özünüzü yalnız hüquqşünas deyil, biznesə hüquqi həllər təqdim edən konsultant kimi görürsünüzsə, sizi komandamıza dəvət edirik.

Biz müxtəlif sektorlar üzrə şirkətlərə hüquqi və biznes yönümlü konsultasiya xidmətləri göstərən konsaltinq şirkətimiz üçün Baş Hüquqşünas axtarırıq.

Bu vəzifədə əsas gözləntimiz yalnız hüquqi biliklər deyil. Namizəd müştərinin problemini düzgün müəyyənləşdirə, hüquqi riskləri qiymətləndirə, praktik həllər hazırlaya və öz ekspertliyini konsultasiya xidmətinə çevirə bilməlidir.

Sizin əsas rolunuz

  • Müştərilərin hüquqi sorğularını təhlil etmək və peşəkar hüquqi konsultasiya təqdim etmək;
  • Müxtəlif sahələr üzrə hüquqi məsələlərin araşdırılması və əsaslandırılmış hüquqi mövqelərin hazırlanması;
  • Hüquqi rəylər, memorandumlar, müqavilələr, məktublar və digər hüquqi sənədlərin hazırlanması və ekspertizası;
  • Müştərilərlə görüşlərdə iştirak etmək, onların ehtiyaclarını müəyyənləşdirmək və uyğun hüquqi həllər formalaşdırmaq;
  • Müqavilələrin hazırlanması və hüquqi ekspertizasını həyata keçirmək;
  • Hüquqi riskləri müəyyənləşdirmək və onların idarə olunması ilə bağlı tövsiyələr vermək;
  • Qanunvericilik dəyişikliklərini izləmək və onların müştərilərin biznesinə təsirini qiymətləndirmək;
  • Mürəkkəb hüquqi məsələlər üzrə araşdırmalar aparmaq və nəticələri müştəri üçün aydın, praktik formada təqdim etmək;
  • Hüquqi konsultasiya layihələrinin hazırlanmasında və idarə edilməsində iştirak etmək;
  • Zəruri hallarda digər hüquqşünasların işini koordinasiya etmək və ekspertiza prosesinə rəhbərlik etmək.

Namizədə gözləntilərimiz

  • Hüquq üzrə ali təhsil;
  • Hüquq sahəsində ən azı 5 il peşəkar iş təcrübəsi;
  • Güclü hüquqi analiz və araşdırma bacarığı;
  • Hüquqi rəylərin və peşəkar hüquqi sənədlərin hazırlanması üzrə yüksək səriştə;
  • Müştəri ilə birbaşa işləmək və hüquqi məsələləri biznes dili ilə izah etmək bacarığı;
  • Müstəqil şəkildə hüquqi problemin təhlili və həll yollarının hazırlanması;
  • Bir neçə layihə və müştəri ilə paralel işləmək bacarığı;
  • Güclü yazılı və şifahi kommunikasiya bacarığı;
  • Konsaltinq şirkətində və ya hüquqi konsultasiya sahəsində iş təcrübəsi ciddi üstünlükdür;
  • Hüquqi ekspertizanı kommersiya düşüncəsi ilə birləşdirə bilmək.

Əlavə üstünlük verəcəyimiz təcrübə

  • Tikinti və daşınmaz əmlak sektorunda hüquqi təcrübə;
  • Kommersiya müqavilələri və podrat münasibətləri üzrə təcrübə;
  • Korporativ hüquq və biznes hüququ üzrə praktiki biliklər;
  • Müxtəlif sektor və şirkətlərlə konsultant qismində işləmək təcrübəsi;
  • Rus və ingilis dillərini bilməsi arzuolunandır.

Bu vəzifə kimlər üçün uyğundur?

Əgər siz:

“Mən sadəcə verilən hüquqi tapşırığı icra etmirəm — problemi anlayır, araşdırır, həll edir və müştəriyə düzgün istiqamət göstərirəm”

deyə bilirsinizsə, bu rol sizin üçün maraqlı ola bilər.

Biz güclü hüquqi ekspertliyə malik, eyni zamanda konsultant kimi düşünə və fəaliyyət göstərə bilən peşəkar axtarırıq.

Burada məqsəd yalnız hüquqi sənədlər hazırlamaq deyil. Məqsədimiz müştərilərimizin qarşılaşdığı hüquqi və biznes problemlərinə peşəkar, əsaslandırılmış və tətbiq oluna bilən həllər təqdim etməkdir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu: Baş Hüquqşünas / Senior Legal Consultant

Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
31 avqust 2026
Dillər
Russian, English
Son tarix
1 oktyabr 2026
HRX ilə müraciət
3
Baxış
19

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Hüquqşünas üzrə bazar adətən 850–2 000 ₼ ödəyir, median — 1 300 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

21 açıq vakansiya, 25 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Hüquqşünas kimi öz maaşını yoxla

Şirkət haqqında

Business Service Centre LTD
Business Consulting and Services · 80+ · Baku
Business Service Centre LTD — bütün vakansiyalar

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Hüquqşünas üzrə Bakıda digər açıq elanlar.

Veysəloğlu
Senior · 3+ ilBakı
Maaş göstərilməyib

Müxtəlif sahələr üzrə müqavilələr hazırlayır və hüquqi rəy verir, hüquq təhsili tələb olunur.

Contract DraftingLabor LawLegal ReviewLegal Representation+9
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Zarat Import Export
Senior · 5+ ilBakı
Maaş göstərilməyib6 gün qalıb

Şirkətin hüquqi fəaliyyətini təmin edir, müqavilə hüququ və əmək qanunvericiliyini bilir.

Labor LawContract LawLegal Document PreparationLegal Analysis+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Royale Sea Breeze MMC
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Şirkətə hüquqi dəstək verir, AML/KYC və vergi qanunvericiliyini bilir.

Contract DraftingContract NegotiationNegotiationBanking Regulations+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar