Tikinti layihələrinin hüquqi təminatını həyata keçirir, müqavilə hüququ üzrə bilik tələb olunur
Vakansiya haqqında
Tələblər
- Təhsil: Ali təhsil;
- İş stajı: müvafiq sahədə ən azı 1 il;
- Dil biliyi: Azərbaycan dili, İngilis dili-əla, Rus dili-orta;
- Üstünlük: Maliyyə sahəsində çalışan hüquqşünaslar.
Cəhətlər:
- Məhsuliyyətli;
- Səlist danışıq qabiliyyəti;
- Komanda ilə işləmə bacarığı;
- Əməkdaşlıq və keyfiyyət yönümlülük.
Əsas vəzifələr:
- “Qiymətli Kağızlar Bazarı haqqında” AR Qanununu, “İnvestisiya fondları haqqında” AR Qanununu, bununla əlaqəli Mərkəzi Bankın qaydalarını bilmək, habelə əlaqəli qanunvericiliyə edilən əlavə və dəyişiklikləri mütəmadi olaraq izləmək, cəmiyyətin aidiyyəti strukturlarını həmin dəyişikliklərlə tanış etmək;
- Cəmiyyətin adından hüquqi və fiziki şəxslərlə bağlanması nəzərdə tutulan müqavilələri (əlavə və dəyişikliklər daxil olmaqla) hazırlamaq, struktur bölmələrdən daxil olan sənədləri (müxtəlif növ müqavilələr, onların əlavələri, təhvil-təslim aktları) yoxlamaq və hüquqi ekspertizasını aparmaq;
- Cəmiyyətin bütün struktur bölmələrindən daxil olan hüquqi uyğunluq məsələləri üzrə sorğuları cavablandırmaq;
- Cəmiyyətin fəaliyyətində meydana çıxan hüquqi məsələlərlə bağlı hüquqi rəy və qiymətləndirməni hazırlamaq, eləcə də qanunvericilikdə meydana çıxan ziddiyyətli məqamlarla bağlı müvafiq dövlət orqanlarına sorğular hazırlamaq və göndərmək;
- Şəxslərdən daxil olmuş şikayətlərin araşdırılması zamanı meydana çıxan hüquqi məsələlərlə bağlı rəylər vermək;
- Cəmiyyətin adından etibarnamələr hazırlamaq;
- Maliyyə bazarlarına nəzarət orqanı və ya başqa təşkilatlara göndərilən qanunvericiliyin tələbləri və ya başqa hüquqi məsələlərlə əlaqədar uyğunsuzluqlar barədə məktubların hazırlanmasında iştirak etmək və ya rəy vermək;
- Maliyyə bazarlarına nəzarət orqanı və digər qurumlardan layihə şəklində daxil olan qanun və digər hüquqi aktlarlarla bağlı təkliflərin hazırlanmasında və rəy verilməsində iştirak etmək;
- Filial və nümayəndəliklərin açılması ilə bağlı tələb olunan sənədləri hazırlamaq və müvafiq dövlət orqanına təqdim etmək;
- Qiymətli kağızlarının emissiyası ilə bağlı tələb olunan işləri görmək;
- Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
İş şəraiti
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00;
- Nahar fasiləsi: 13:00–14:00;
- İstirahət günləri: Şənbə və Bazar;
- Tibbi sığorta;
- Nahar şirkət tərəfindən təmin olunur.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
20 ilə yaxın Dünya və Azərbaycan Maliyyə bazarlarında peşəkar investisiya xidmətləri təqdim edən, müddətsiz lisenziyaya malik lnvestAZ investisiya şirkəti, Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
Bazar ertəsindən cüməyə 09:00–18:00, nahar fasiləsi 13:00–14:00.
İstirahət günləri şənbə və bazardır.
Əməkhaqqı barədə məlumat verilməyib.
Ali təhsil, ən azı 1 il müvafiq sahədə iş təcrübəsi və dil bilikləri tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKorporativ hüquqşünas üzrə Bakıda digər açıq elanlar.
Şirkətin hüquqi sənədlərini hazırlayır və qanunvericiliyə uyğunluğunu təmin edir.
Kommersiya müqavilələri və korporativ məsələlər üzrə hüquqi dəstək göstərir, hüquq təhsili tələb olunur.
Korporativ, kommersiya və müqavilə hüququ üzrə hüquqi dəstək verir, 2 il təcrübə tələb olunur.




