Gündəlik hüquqi məsələləri idarə edir, müqavilələr hazırlayır və hüquqi araşdırma aparır, hüquq təhsili tələb olunur.
Vakansiya haqqında
Təsvir
- Məhkəmələrlə mütəmadi əlaqələrin saxlanılması və müvafiq məsələlərin operativ şəkildə koordinasiya edilməsi;
- İddia ərizələrinin hazırlanması, yoxlanılması və zəruri düzəlişlərin edilməsi;
- Məhkəmə qərarları və qətnamələr üzrə müvafiq düzəlişlərin həyata keçirilməsi;
- Məhkəmə sənədlərinin hazırlanması, sistemləşdirilməsi və aidiyyəti üzrə təqdim edilməsi;
- Məhkəmə qrafiklərinin gündəlik hazırlanması, yenilənməsi və müvafiq şəxslərə vaxtında təqdim edilməsi;
- Məhkəmə iclaslarının tarix və saatlarının izlənilməsi, proseslərdə iştirakın vaxtında təmin edilməsi;
- Məhkəmə proseslərinin gedişatına nəzarət edilməsi və nəticələr barədə müvafiq məlumatların toplanması;
- Məhkəmə işləri üzrə sənədlərin və məlumatların mütəmadi yenilənməsi və arxivləşdirilməsi;
- Məhkəmə prosesləri ilə bağlı yaranan məsələlərin operativ həll edilməsi və aidiyyəti struktur bölmələrlə koordinasiyanın təmin edilməsi;
- Məhkəmə işləri üzrə son tarixlərin izlənilməsi və müvafiq sənədlərin vaxtında hazırlanmasının təmin edilməsi;
- Məhkəmə işləri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
İş şəraiti:
- İş qrafiki: Həftənin I–V günləri tam iş günü, şənbə günü qısa iş günü;
- Əmək haqqı: 800 AZN (Gross);
- İş yeri: 20 Yanvar metrosu yaxınlığı, Moskva prospekti 73A.
Tələblər
- Hüquq üzrə ali təhsil;
- Microsoft Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;
- Yüksək ünsiyyət və təşkilatçılıq bacarığı;
- Müstəqil qərar qəbul etmək və operativ həll yolları tapmaq bacarığı;
- Stressə davamlılıq, diqqətlilik və məsuliyyətlilik;
- Komanda ilə işləmək bacarığı;
- Punktuallıq və işgüzar etikaya riayət etmək;
- Hüquqi sənədlərlə işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Korporativ hüquqşünas üzrə bazar adətən 850–1 750 ₼ ödəyir, median — 1 500 ₼.
33 açıq vakansiya, 9 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Korporativ hüquqşünas kimi öz maaşını yoxlaŞirkət haqqında
“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Moskva prospekti 73A, 20 Yanvar metrosu yaxınlığındadır.
Həftənin I–V günləri tam iş günü, şənbə günü qısa iş günüdür.
Əmək haqqı 800 manat (gross) təşkil edir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKorporativ hüquqşünas üzrə Bakıda digər açıq elanlar.
Hüquqi sənədlərin hazırlanması və şirkətin qanunvericiliyə uyğunluğuna dəstək göstərir, hüquq bilikləri tələb olunur.
Məhkəmə işləri üzrə hüquqşünas kimi məhkəmə işlərini aparmaq və hüquq sahəsində təcrübə tələb olunur
Kommersiya müqavilələrinin idarə olunmasına və hüquqi araşdırmalara dəstək göstərir.




