Tikinti layihələrinin hüquqi təminatını həyata keçirir, müqavilə hüququ üzrə bilik tələb olunur
Vakansiya haqqında
İş qrafiki: 5 günlük iş həftəsi
İş yeri: Çinar Park Biznes Mərkəzi
ABSP MMC hüquq sahəsində təcrübəli və məsuliyyətli Korporativ Hüquqşünas axtarır. Namizəddən qanunvericilik bilikləri, analitik düşüncə və komandada işləmək bacarığı tələb olunur.
Tələblər:
Hüquq üzrə ali təhsil
Hüquqşünas vəzifəsində minimum 1 il iş təcrübəsi (Logistika, istehsalat və xidmət sahələrində təcrübə arzuolunandır)
Korporativ, kommersiya, əmək və biznes hüququ sahələrində güclü biliklər;
Müqavilə hüququ, Əmək, Mülki, Miqrasiya və Vergi Məcəllələri üzrə biliklər
Müqavilələrin hazırlanması və hüquqi ekspertizası sahəsində təcrübə
Azərbaycan qanunvericiliyini dərindən bilmək
Analitik düşüncə və hüquqi riskləri qiymətləndirmə bacarığı
Komandada və müstəqil işləmək qabiliyyəti
İngilis dili biliyi – minimum B2 səviyyəsi (xüsusilə sənədlərlə iş və yazışmalar üçün)
Vəzifə öhdəlikləri:
Hüquqi şəxslərin təsis sənədlərində dəyişikliklərin edilməsi və həmin dəyişikliklərin dövlət qeydiyyatına alınması (o cümlədən hüquqi ünvanın dəyişdirilməsi, təsisçi və ya direktor dəyişikliyi, nizamnamə kapitalının artırılması və ya azaldılması, ad dəyişikliyi, nizamnamə və ya əsasnaməyə edilən digər dəyişikliklər);
Korporativ idarəetmə üzrə hüquqi dəstəyin göstərilməsi;
Tələb olunan korporativ və hüquqi sənədlərin hazırlanması və toplanması;
Müqavilələrin hazırlanması, təhlili və hüquqi ekspertizasının həyata keçirilməsi;
Bütün növ əqdlər, o cümlədən beynəlxalq müqavilə və sazişlər üzrə hüquqi rəyin verilməsi;
Müvafiq fəaliyyət sahələri üzrə lisenziya və icazələrin alınmasının hüquqi müşayiəti;
Əmtəə nişanlarının qeydiyyatı;
Əqli mülkiyyət hüquqlarının qorunması (əmtəə nişanları, müəllif hüquqları və s.);
Hüquqi risklərin təhlili və risklərin idarə olunması strategiyasının hazırlanması;
Hüquqi məsləhət xidmətlərinin göstərilməsi;
Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların düzgün tətbiqinə nəzarətdə iştirak;
Məhkəmə işlərinə nəzarət və prosessual müşayiət;
Dövlət orqanları ilə münasibətlərdə hüquqi təmsilçilik;
Müvafiq dövlət orqanları ilə danışıqların aparılması;
Dövlət qurumları ilə rəsmi yazışmaların hazırlanması və həyata keçirilməsi;
Tərəfdaşlar və üçüncü şəxslərlə hüquqi yazışmaların aparılması;
Danışıqlar prosesində hüquqi mövqenin formalaşdırılması və müdafiəsi.
Müraciət qaydası:
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri 7inar Park Biznes Mərkızidir.
5 gənlək iş həftɟsi tɟklif edilir.
Həqiqətɟ minimum 1 il iş tɟcrəbəsi tɟləb olunur.
CV-ləri məvzu hissəsində “Korporativ Həquqřfnas” qeyd etməkləri xahiş olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMinimum 1 il iş tɟcrəbəsi tɟləb olunur, yaş məhdudiyyəsi yoxdur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKorporativ hüquqşünas üzrə digər açıq elanlar.
Kommersiya və korporativ hüquq sahəsində işləyən, müqavilələrin hazırlanması və hüquqi dəstək verən vəkil.
Korporativ hüquqşünas kimi müqavilələrin hazırlanması və hüquqi risklərin qiymətləndirilməsi bacarığı tələb olunur.
Şirkətin hüquqi sənədlərini hazırlayır və qanunvericiliyə uyğunluğunu təmin edir.



