ATM və ödəniş terminallarının texniki dəstəyini və problemlərin həllini həyata keçirir, 2-3 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Görəcəyiniz işlər:
- POS-terminal avadanlıqlarının quraşdırılması, konfiqurasiyası və proqram təminatının yüklənməsi və yenilənməsi;
- POS terminallar üzrə host (prosessinq sistemi) ilə əlaqənin qurulması və test əməliyyatlarının icrası;
- Müştərilərdən daxil olan texniki müraciətlərin operativ araşdırılması, nasazlıqların yerində və ya uzaqdan həlli;
- POS terminallarda yaranan kommunikasiya problemlərinin (GPRS, Ethernet, Wi-Fi) aşkarlanması və aradan qaldırılması;
- POS-terminalların uçotu, inventarizasiyası, qeydiyyatı və müvafiq sistemlərdə (TMS və ya daxili platformalar) idarə olunması;
- POS terminalların kassa aparatları və digər inteqrasiya həlləri ilə qoşulmasının təmin edilməsi;
- Kart ödənişləri üzrə əməliyyat axınının (authorization, clearing, settlement) test edilməsi və monitorinqi;
- Yeni terminalların pilot testlərdə yoxlanılması, sertifikasiya və qəbul proseslərində iştirak;
- Terminal parametrlərinin sazlanmasında iştirak;
- Nasaz avadanlıqların texniki baxışı, dəyişdirilməsi və vendorlarla koordinasiya;
- Müntəzəm texniki hesabatların hazırlanması və görülmüş işlər üzrə sənədləşmələrin hazırlanması.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (İT, kompüter mühəndisliyi və ya əlaqəli sahələr üzrə);
- POS terminallar, ödəniş sistemləri və ekvayrinq prosesləri üzrə baza bilikləri;
- Şəbəkə bilikləri (TCP/IP, APN, VPN, router/switch əsasları) üzrə bacarıq;
- Linux/Android əsaslı POS cihazları ilə işləmə təcrübəsi üstünlükdür;
- Prosessinq sistemləri və kart ödəniş standartları (EMV, Contactless, NFC) barədə anlayış;
- Texniki sənədlərlə işləmə və log analiz etmə bacarığı;
- MS Office (xüsusilə Excel) ilə işləmə bacarığı;
- Azərbaycan və rus dilində sərbəst, ingilis dili texniki səviyyədə arzuolunandır;
- Analitik düşünmə, problem həll etmə və operativ qərarvermə bacarığı;
- Komandada işləmək və müştəriyönümlü yanaşma;
- Sahə işlərinə hazır olmaq (ezamiyyət və obyekt ziyarətləri daxil olmaqla);
- Yeni texnologiyaları tez mənimsəmək və özünü inkişaf etdirmək istəyi olan şəxsdir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
ABB (Azərbaijan Beynəlxalq Bankı / The International Bank of Azerbaijan) — the largest bank in Azerbaijan by assets, with the country's widest branch and ATM network. Offers retail, corporate, SME and digital banking services.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
Əmək haqqı barədə məlumat verilməyib.
Namizəd POS terminallar, ödəniş sistemləri, şəbəkə bilikləri və texniki sənədlərlə işləmə bacarığına malik olmalıdır.
Bəli, namizəd ezamiyyət və obyekt ziyarətləri daxil olmaqla sahə işlərinə hazır olmalıdır.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarATM və ödəniş terminalları üzrə mütəxəssis üzrə digər açıq elanlar.
Bankomatların quraşdırılması, sazlanması və texniki dəstəyi ilə məşğul olmaq üçün 1 il təcrübə tələb olunur.
Ödəniş sistemlərinin fasiləsiz işləməsini təmin edir, texniki problemləri aradan qaldırır və 3 il təcrübə tələb olunur.
Şəbəkə və təhlükəsizlik sistemlərinin inteqrasiyasını həyata keçirir, SQL və şəbəkə bilikləri tələb olunur.


