Birmarket-in Azure bulud infrastrukturunu idarə edir və DevOps bacarıqları tələb olunur
Vakansiya haqqında
Middle-Senior DevOps Engineer Birmarket-in texnoloji platformlarının əsasını təşkil edən infrastrukturun, proqram təminatının çatdırılması (delivery) pipeline-larının və müşahidəolunma (observability) alətlərinin qurulması və idarə olunmasına cavabdehdir.
Vəzifə öhdəlikləri
- Birmarket-in Azure Cloud infrastrukturunun, o cümlədən AKS, virtual maşınlar, şəbəkə, yaddaş və idarə olunan xidmətlərin istismarını, texniki dəstəyini və davamlı təkmilləşdirilməsini təmin etmək.
- Kubernetes mühitlərini idarə etmək, o cümlədən klasterlərin yenilənməsi, autoscaling, resursların optimallaşdırılması, Helm chart-ların idarə olunması və iş yükləri ilə bağlı problemlərin aradan qaldırılmasını həyata keçirmək.
- Terraform/Bicep və Ansible vasitəsilə Infrastructure as Code və konfiqurasiya idarəetməsi həllərini tətbiq etmək və dəstəkləmək.
- Linux əsaslı infrastrukturu idarə etmək, sistem yeniləmələrini, təhlükəsizlik tədbirlərinin gücləndirilməsini və əməliyyat sabitliyini təmin etmək.
- Azure DevOps platformasında CI/CD pipeline-larını və ortaq şablonları (shared templates) qurmaq, dəstəkləmək və optimallaşdırmaq, development komandalarına servislərin inteqrasiyası və release proseslərinin avtomatlaşdırılması üzrə dəstək göstərmək.
- Təsdiq mərhələləri (approval gates), blue-green deployment, məxfi məlumatların idarə olunması (secrets management) və zəifliklərin skan edilməsi (vulnerability scanning) daxil olmaqla, təhlükəsiz və etibarlı deployment təcrübələrini tətbiq etmək.
- Prometheus, VictoriaMetrics, Grafana və Elasticsearch/OpenSearch vasitəsilə monitorinq, loglama, tracing və alerting həllərini dəstəkləmək, servislərin müşahidəolunma (observability) imkanlarını təmin etmək.
- PostgreSQL, Redis və messaging platformaları daxil olmaqla, verilənlər bazalarının və data xidmətlərinin istismarı, texniki dəstəyi və yenilənməsi proseslərində iştirak etmək.
- On-call növbələrində, insidentlərin idarə olunması, kök səbəblərin təhlili (Root Cause Analysis) və Disaster Recovery fəaliyyətlərində iştirak etmək.
- Capacity planning, load testing, ehtiyat nüsxələrin idarə olunması (backup management) və biznesin yüksək yüklənmə dövrlərinə hazırlıq vasitəsilə infrastrukturun miqyaslana bilməsini, əlçatanlığını və performansını təmin etmək.
- Information Security komandası və ekosistemin DevOps & SRE Excellence Area bölməsi ilə əməkdaşlıq edərək infrastrukturun təhlükəsizliyini və uyğunluq tələblərinə (compliance) cavab verməsini təmin etmək.
- Cloud resurslarından istifadənin səmərəliliyini və xərcləri optimallaşdırmaq, resursların tag-lənməsi standartlarına riayət olunmasını və əməliyyat sənədlərinin (operational documentation) aktual saxlanılmasını təmin etmək.
Tələblər
- Middle səviyyəli namizədlər üçün DevOps, SRE və ya Platform Engineering sahəsində minimum 3 il, Senior səviyyəli namizədlər üçün isə minimum 5 il iş təcrübəsi.
- Production mühitlərinin idarə olunması üzrə praktiki təcrübə. E-commerce, marketplace, fintech və ya yüksək əlçatanlıq (high-availability) tələb edən digər rəqəmsal biznes sahələrində təcrübəyə üstünlük verilir.
- Kompüter elmləri, mühəndislik və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi və ya ekvivalent praktiki təcrübə.
- AKS, virtual maşınlar, şəbəkə və idarə olunan xidmətlər (managed services) daxil olmaqla, Microsoft Azure ilə praktiki iş təcrübəsi.
- Linux sistemlərinin idarə olunması üzrə əmin biliklər, həmçinin production mühitlərində Docker və Kubernetes ilə praktiki təcrübə.
- Terraform və Ansible kimi Infrastructure as Code alətləri və ya ekvivalent konfiqurasiya idarəetmə həlləri ilə iş təcrübəsi.
- Azure DevOps və ya ekvivalent platformalar vasitəsilə CI/CD pipeline-larının qurulması və idarə olunması üzrə təcrübə, blue-green və canary kimi deployment strategiyaları haqqında biliklər.
- Prometheus, Grafana və Elasticsearch/OpenSearch kimi monitorinq, loglama və alerting alətləri ilə praktiki təcrübə.
- PostgreSQL, Redis və Kafka və ya Azure Service Bus kimi messaging platformaları üzrə əməliyyat bilikləri.
- DNS, TLS, load balancing, API gateways və WAF daxil olmaqla, şəbəkə texnologiyaları üzrə anlayış.
- Secrets management, access management, RBAC və vulnerability scanning daxil olmaqla, infrastruktur təhlükəsizliyi təcrübələri üzrə biliklər.
- Bash scripting bilikləri və Python və ya Go kimi ən azı bir proqramlaşdırma dili ilə iş təcrübəsi.
- Tapşırıqları müstəqil şəkildə icra etmək, texniki problemləri araşdıraraq aradan qaldırmaq və insidentlərin idarə olunması prosesində iştirak etmək bacarığı.
- Senior səviyyəli namizədlər üçün: mürəkkəb texniki təşəbbüslərə rəhbərlik etmək, insidentlərə müdaxilə prosesini idarə etmək, arxitektur qərarlar qəbul etmək və digər mühəndislərə mentorluq etmək təcrübəsi.
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (şifahi və yazılı).
- İngilis dilini işgüzar ünsiyyət səviyyəsində bilmək.
Üstünlüklər
- Ekosistem səviyyəsində öyrənmə imkanları
- Mentorluq və peşəkar inkişaf
- Milyonlarla müştəri üçün real təsir yaratmaq
- Dəstəkləyici və açıqfikirli mədəniyyət
- Texnologiya və biznesin kəsişməsində karyera imkanı
- Rəqabətli əməkhaqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Visa Premium əməkhaqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət günləri
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. DevOps mühəndisi üzrə bazar adətən 1 200–2 200 ₼ ödəyir, median — 1 500 ₼.
12 açıq vakansiya, 15 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
DevOps mühəndisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri PBT2 (Port Baku Tower 2) binasında yerləşir.
Rəqabətli əməkhaqqı və bonuslar təklif olunur.
Middle səviyyəli namizədlər üçün minimum 3 il, Senior səviyyəli namizədlər üçün isə minimum 5 il təcrübə tələb olunur.
Azərbaycan və rus dillərini yüksək səviyyədə, ingilis dilini işgüzar səviyyədə bilməlidir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarDevOps mühəndisi üzrə Bakıda digər açıq elanlar.
DevOps mühəndisi kimi Kubernetes və GitLab CI/CD ilə infrastruktur və tətbiq yerləşdirməsini idarə etmək.
Kubernetes klasterlərinin idarəsini və DevOps alətlərini idarə etməyi bacaran mütəxəssis axtarılır.
DevOps Engineer kimi AI model servislərinin dayanıqlı işləməsini və deployment avtomatlaşdırılmasını təmin edir.



