Vakansiya haqqında

Təsvir

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital Helpdesk / IT Dəstək Əməkdaşı vakansiyası elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Vəzifə öhdəlikləri:

  • Şirkət daxili istifadəçilərdən gələn texniki problemləri (hardware, software, şəbəkə) qəbul etmək və qeydiyyata almaq;
  • Kompüter avadanlıqlarının (PC, notbuk, monitor) formatlanması, əməliyyat sisteminin və ofis proqramlarının quraşdırılması;
  • Şəbəkə avadanlıqlarının (printer, skaner, switch, IP telefon, Wi-Fi) ilkin konfiqurasiyası və qoşulması;
  • İstifadəçi hesablarının (Active Directory / Email) yaradılması, şifrələrin sıfırlanması və giriş hüquqlarının verilməsi;
  • Ofis daxili lokal şəbəkə problemlərinin (LAN/WLAN) ilkin diaqnostikası və aradan qaldırılması.

Tələblər

  • Windows 10/11, Linux və macOS üzrə dərin istifadə və sazlama bilikləri;
  • Active Directory, LDAP idarəetmə panelində ilkin iş təcrübəsi;
  • Əsas şəbəkə anlayışları (TCP/IP, DNS, DHCP, VPN, Subnet, Ping/Traceroute);
  • Periferiya qurğularının (şəbəkə printerləri, skanerlər, MFP) quraşdırılması və nasazlıqlarının aradan qaldırılması bacarığı;
  • Kompüter daxili hissələri və aparat təminatı üzrə biliklər;
  • Yüksək ünsiyyət qurma qabiliyyəti, operativlik və stress altında işləmə bacarığı.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yerləşmə
Azərbaycan
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
25 avqust 2026
Son tarix
25 sentyabr 2026

Şirkət haqqında

Ferrum Capital
Financial Services · Baku
Ferrum Capital — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

North West
Middle · 4+ il
Maaş göstərilməyib

İT avadanlıqlarının idarə olunması və istifadəçi dəstəyi üzrə 4 il təcrübəsi tələb olunur.

Active DirectoryGroup PolicyTCP/IPTechnical Documentation+21
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Helpdesk / İT dəstək əməkdaşı
Müraciət et