Direktorun rəsmi sənədlərini hazırlayır, görüşləri təşkil edir və sənədləşməni idarə edir.
Vakansiya haqqında
Azərbaycan Kredit Bürosu (AKB) fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır. AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.
AKB 300 təşkilatla məlumat mübadiləsi həyata keçirir və fəaliyyətinin əsas istiqamətini irihəcmli məlumatlarla iş, habelə öz tərəfdaşlarına kredit hesabatı, skorinq və analitik həllərin təqdim edilməsi təşkil edir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB komandasına yeni əməkdaşlar cəlb edirik. Hal-hazırda kiçik İT auditoru vəzifəsinə əməkdaş axtarılır.
Vəzifə: Kiçik İT auditor
İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00
Müraciət üçün son tarix: 11.09.2026
Vəzifə öhdəlikləri və fəaliyyətlər:
- İnformasiya sistemləri və proseslər üzrə məlumatların toplanması, araşdırılması və təhlili;
- İnformasiya sistemlərinin fəaliyyət prinsiplərinin öyrənilməsi və analiz edilməsi;
- İllik audit planına uyğun olaraq audit yoxlamalarında iştirak etməkvə sənədləşdirmək;
- Audit hesabatına uyğun olaraq aşkarlanmış nöqsanların aradan qaldırılması üçün tövsiyələr hazırlamaq və icrasına nəzarət etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Təhsil: Komputer elmləri, informasiya sistemləri, İT texnologiyaları və ya oxşar sahələrdə təhsilin olması;
- İş təcrübəsi: Audit sahəsində iş təcrübəsinin olması arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dilini texniki səviyyədə bilmək və A2 səviyyəsində ümumi danışıq bacarıqlarının olması.
Texniki bacarıqlar:
- İTİS üzrə kontrolların yoxlanılması;
- İT, İnfosec və digər əlaqədar əməkdaşlarla qarşılıqlı işləmək;
- İSO standartları (27001, 22301 və 20000) və COBİT 2019 standartları ilə bağlı dərin biliklərə malik olmaq və audit yoxlamalarında tətbiq etmək;
- İnformasiya sistemlərində, şəbəkələrdə, data emalı zamanı risklərin idarə edilməsi üzrə nəzəri biliklərə sahib olmaq.
Digər bacarıqlar və şəxsi keyfiyyətlər:
- Analitik düşüncə və problemlərin həlli: Böyük irihəcmli data strukturları ilə işləmək, səbəb-nəticə əlaqələrini qurmaq və mürəkkəb məsələlərə operativ həll yolları tapmaq bacarığı;
- Ünsiyyət və təqdimat bacarıqları: Tərəfdaşlarla peşəkar işgüzar kommunikasiya qurmaq, təqdimatlar hazırlamaq və auditoriya qarşısında çıxış etmək qabiliyyəti;
- Nəticəyə fokuslanma və təşəbbüskarlıq: İş proseslərinin optimallaşdırılması üçün təkliflər vermək, nəticəyə yönəlik işləmək;
- Komandada iş və adaptasiya: Dinamik mühitdə effektiv çalışmaq, prioritetləri düzgün müəyyənləşdirmək və vaxtı idarə etmək.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Kiçik İT auditor" qeyd etməklə hr@acb.az elektron ünvanına göndərə bilərlər.
Şirkət haqqında
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Kredit portfelinin təhlili və monitorinqində iştirak edir, kredit riskləri üzrə bilik tələb olunur.
Müştəri seqmentlərini izləyir, CRM məlumatlarını idarə edir və analitik bacarıqlara malikdir.
Müştəri məmnuniyyətini artırmaq üçün müştəri təcrübəsini analiz edir və 3 illik müvafiq təcrübə tələb olunur.




