HelpDesk və texniki dəstək xidmətlərinin effektiv idarə olunması üçün ITIL standartları üzrə dərin bilik tələb olunur.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Hotelin bütün İT sistemlərinin, şəbəkə infrastrukturunun, proqram təminatlarının və İT avadanlıqlarının fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək;
- Kompüter, printer, POS, telefon, server, şəbəkə avadanlıqları və digər İT sistemlərinin texniki vəziyyətinə nəzarət etmək;
- Hotel əməkdaşlarının İT ilə bağlı müraciətlərinin vaxtında qəbul edilməsini və operativ şəkildə həll olunmasını təmin etmək;
- Hotelin lokal şəbəkəsinin, internet bağlantısının, Wi-Fi sistemlərinin və digər kommunikasiya infrastrukturunun fasiləsiz fəaliyyətinə nəzarət etmək;
- Serverlər, istifadəçi kompüterləri, şəbəkə avadanlıqları və digər sistemlərin idarə olunmasını və texniki xidmətini təşkil etmək;
- Proqram təminatlarının quraşdırılması, yenilənməsi, lisenziyalarının idarə olunması və texniki problemlərinin aradan qaldırılmasını təmin etmək;
- Hotelin istifadə etdiyi Opera proqramının, e-mail, təhlükəsizlik və digər İT sistemlərinin düzgün işləməsinə nəzarət etmək və yaranan problemlərin həllini koordinasiya etmək;
- İstifadəçi hesablarının, giriş səlahiyyətlərinin, parolların və digər giriş hüquqlarının idarə edilməsini təşkil etmək;
- Hotelin İT təhlükəsizliyi, məlumatların qorunması, ehtiyat nüsxələrin (backup) yaradılması və informasiya təhlükəsizliyi prosedurlarının tətbiqinə nəzarət etmək;
- İT avadanlıqlarının inventar uçotunu aparmaq, texniki vəziyyətini və istifadə müddətini izləmək, zəruri hallarda yenilənməsi və dəyişdirilməsi ilə bağlı təkliflər hazırlamaq;
- Hotelin İT infrastrukturunun müasir texnologiyalara uyğun inkişaf etdirilməsi və optimallaşdırılması ilə bağlı təkliflər hazırlamaq.
Namizədə tələblər:
- İT sahəsində minimum 3–5 il iş təcrübəsi, rəhbər və ya İT Menecer vəzifəsində təcrübə üstünlükdür;
- Hotel sektorunda İT sistemlərinin idarə olunması üzrə iş təcrübəsi üstünlükdür;
- Opera proqramında peşəkar səviyyədə bilik və praktiki iş təcrübəsi mütləqdir;
- İT infrastrukturu, kompüter avadanlıqları, serverlər və şəbəkə sistemləri üzrə yaxşı bilik;
- Windows əməliyyat sistemləri, Microsoft 365/MS Office və sistem inzibatçılığı üzrə praktiki biliklər;
- Server, backup və istifadəçi hesablarının idarə edilməsi üzrə təcrübə;
- Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilmək (İngilis dili biliyi üstünlükdür) ;
- Məsuliyyətli, operativ, analitik düşüncəli və nəticəyönümlü olmaq.
İş qrafiki:
- Tam iş günü, 5 günlük iş həftəsi;
- İş qrafiki: 09:00–18:00;
- Nahar şirkət tərəfindən təmin olunur.
Maraqlanan namizədlərdən CV-lərini mövzu yerində uyğun vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. İT menecer üzrə bazar adətən 950–2 500 ₼ ödəyir, median — 1 100 ₼.
2 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
İT menecer kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
İş qrafiki həftədə 5 gün, 09:00–18:00 saatlarıdır.
İT sahəsində minimum 3–5 il iş təcrübəsi tələb olunur.
Opera proqramında peşəkar səviyyədə bilik və təcrübə mütləqdir.
Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməli, ingilis dili üstünlükdür.
CV-lər mövzu yerində uyğun vakansiyanın adını qeyd etməklə elektron poçt ünvanına göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİT menecer üzrə Bakıda digər açıq elanlar.
Hotelin İT sistemlərinin fasiləsiz işləməsini təmin edir, İT sahəsində minimum 2 il təcrübəsi var.
İT sistemlərinin idarə olunması və istifadəçilərə texniki dəstək göstərmək üçün 3 il təcrübə tələb olunur.
İT avadanlıqlarının quraşdırılması və istifadəçilərə texniki dəstək göstərir, insidentləri idarə edir.



